Üç şou-biznes nümayəndəsi avtomobil qəzasına düşdü

Azərbaycanın üç şou-biznes nümayəndəsi avtomobil qəzasına düşüblər
Merkez.az-ın məlumatına görə, üçü eyni avtomobildə olan klipmeyker Zöhrab Ağayev, müğənni Səidə Dadaşova və prodüser Sultan Qocayevin qəzadan sonra vəziyyəti ağır olsa da, hazırda onlar üçün təhlükə sovuşub. Belə ki, komaya düşən Zöhrab Ağayev gecəni reanimasiyada keçirib. Müğənni Səidə Dadaşova və prodüser Sultan Qocayev isə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.Yaxınlarının dediyinə görə, Zöhrab Ağayev klinikaların birində müalicə alır.