“Ştrasser tezliklə Azərbaycana gələcək”

Roland Kobia: «Bu məsələ Avropa Şurası çərçivəsində müzakirə olunmalıdır»

“Ümid edirəm ki, Kristof Ştrasser tezliklə Azərbaycana gələcək və Azərbaycanla Avropa Şurası arasında mövcud işin normal hissəsi sayılan məsələləri müzakirə edə biləcək”.
Bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia verib(APA).
Onun sözlərinə görə, bu məsələ Avropa Şurası çərçivəsində müzakirə olunmalıdır: “Belə başa düşürəm ki, bu məsələ ilə bağlı müəyyən irəliləyişlər var. Əlbəttə ki, bu məsələ ikitərəfli səviyyədə həll olunmalıdır. Ümid edirəm ki, Kristof Ştrasser tezliklə Azərbaycana gələcək və Azərbaycanla Avropa Şurası arasında mövcud işin normal hissəsi sayılan məsələləri müzakirə edə biləcək”.
Xatırladaq ki, ATƏT- in siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser noyabrın 4-də Azərbaycana səfər etməyi planlaşdırırdı. Lakin viza ala bilməməsi səbəbilə onun səfəri təxirə salınıb.