Kondoliza Rays Israili ifşa etdi

Eks dövlət katibi Təl-Əvivin Fələstinlə bağlı gizli planını öz kitabında açıqlayıb

ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays yaxın günlərdə satışa çıxarılacaq xatirə kitabında Israilin keçmiş baş naziri Ehud Olmertin 2008-ci ildə Fələstin dövləti üçün gizli bir təklif irəli sürdüyünü yazıb. Rays “No Higher Honor” adlı kitabında Olmertin planını Israilə 2008-ci ilin mayında etdiyi səfər zamanı öyrəndiyini və heyrətə düşdüyünü gizlətməyib.

Eks dövlət katibi Olmertin gizli təklifini “dramatik və təxəyyülü belə çətin olan proses” kimi qiymətləndirib. Baş nazir fələstinlilərə Mahmud Abbasın liderliyi altında Qərbi Şeriyanın 94 faizini təklif edib, bunun qarşılığında isə Israilin açar əhəmiyyətli məskunlaşma yerlərini əlində saxlamasını istəyib. Olmert biri Israil üçün Qərbi Qüdsdə və digəri fələstinlilər üçün Şərqi Qüdsdə olmaqla iki paytaxt təklifini irəli sürüb.

Bundan əlavə, ortaq bir Şəhər Şurasının qurulması, bələdiyyə rəhbəri israilli, müavini isə fələstinlinin olması da təklif edilib. Üstəlik, 5 minə yaxın fələstinlinin hələ də Israilin əlində olan torpaqlara dönməsinə icazə veriləcəkdi. Köhnə Qüdsü isə rəsmi səlahiyyətlilərin əvəzinə, Iordaniya, Səudiyyə Ərəbistanı, ABŞ, Israil və fələstinlilərdən ibarət bir qrup heyət idarə edəcəkdi.

Rarys Olmertin təklifini Mahmud Abbasa çatdırıb, o isə dərhal bu təklifləri müzakirə etməyə başlayıb. Daha sonra isə 4 milyon fələstinli mühacirdən yalnız 5 mininin yeni yaranacaq dövlətə dönməsini qəbul etməyəcəyini söyləyib.