Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsə bu ilin martında edilən silahlı hücumla bağlı ittiham aktı hazırlanıb.
Milli.Az xəbər portalının Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İstanbul prokurorluğunda aparılan araşdırma yekunlaşıb. Hazırlanan ittiham aktında bildirilir ki, İbrahim Tatlısəsi güllələməkdə şübhəli bilinən Abdullah Uçmak və daha 6 nəfər dövlətin birlik və bütövlüyünü pozmaqda ittiham olunurlar.
Prokurorluq sui-qəsdin PKK terror təşkilatının sifarişi ilə həyata keçirildiyini rəsmən təsdiqləyib.