Əliyev Bəylər Əyyubovun obyektlərinin açılışını etdi

Son bir neçə ildir ki, Ilham Əliyevin Azərbaycan rayonlarına  səfəri Heydər Əliyev Mərkəzi və istirahət mərkəzlərinin açılışı ilə məhdudlaşır.

Dövlət başçısının Şirvan bölgəsinə  səfəri də bu tip açılışlarla zəngin idi. Lakin bu səfərdə bir maraqlı məqam var ki, onu oxucuların diqqətinə çatdırmağı lazım bilirik. Bu, Ilham Əliyevin Şamaxı və Ağsuda açılışını etdiyi 3 iri obyektin üçünün də prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubova məxsus olmasıdır. Həmin obyektlər Şamaxıdakı “Şərədil” istirahət mərkəzi, “Şamaxı-Qrand” oteli və Ağsuda “Az-Qranata” MMC-nin şirə və şərab emalı zavodudur.