Berluskoni insan alverçiləri siyahısında

ABŞ İtaliya baş nazirinin adını qara siyahıya salıb

ABŞ Dövlət Departamenti İtaliyanın baş naziri Silvio Berluskoninin adını müasir dünyada insan alveri probleminə həsr olunmuş illik hesabata daxil edib.

Lent.az-ın “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, hesabatda Silvio Berluskoninin pul müqabilində mərakeşli Rubidən seksual istismar məqsədi ilə istifadə etdiyi barədə ittiham qeyd olunub. 
Siyahıya bu və digər dərəcədə insan alveri ilə bağlı olan insanların adları salınıb. Hesabat 180 ölkədə toplanan materiallar əsasında hazırlanıb. Silvio Berluskoni ilə bağlı bu məqamı qabardan İtaliya müxalifəti baş nazirin adının Dövlət Departamentinin hesabatında insan alverçiləri siyahısına salınmasını ölkə üçün növbəti təhqiramiz hal sayıb.