Dinləmələr zamanı Tehran rejiminə qarşı «gizli əməliyyat» müzakirə olundu
ABŞ Konqresində keçirilən dinləmələr zamanı Iran kəşfiyyat xidmətinin rəhbərlərinin aradan qaldırılması və Tehran rejiminə qarşı “gizli əməliyyatlar” müzakirə olunub. Dinləmələrə keçmiş hərbçilər və xüsusi xidmət orqanlarında çalışmış şəxslər dəvət olunublar.
“Hesab edirəm ki, həmin şəxslərdən birinin güllələnmədiyi halda, kimisə qorxutmaq mümkün olsun”, – deyə Mərkəzi Kəşfiyyat Idarəsinin (MKI) keçmiş əməkdaşı Mark Ruel Qerekt bildirib. Istefada olan general Cek Kin isə söyləyib ki, iranlıların maraqları olan hər yerdə “hava çatışmazlığı” yaratmaq lazımdır.
Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə sui-qəsd planlaşdırılmasına toxunan Qerektin sözlərinə görə, olayda əli olduğu söylənilən Iran Inqilab Mühafizləri Korpusuna bağlı “Əl Qüds” təşkilatının kəşfiyyat xidmətinin rəhbəriylə yanaşı təşkilatın aparıcı simaları fiziki cəhətdən məhv edilməlidir.


