Gələcəyin avtomobili – “Yumurta”

“Citroen” şirkəti gələcəyin şəhər avtomobilini hazırlayır. Lent.az-ın “caradisiac.com” saytına istinadla xəbərinə görə, “Eggo” adlı prototipin müəllifi Damnjan Miticdir. Bu model şəhər və şəhərətrafı hərəkət üçün nəzərdə tutulub.

Uzunluğu 2.5, eni 1.8 metr olan avtomobil 4 elektrik mühərriki ilə hərəkətə gətirilir (hər təkərə 1 ədəd). Günəş batareyaları isə avtomobilin damına yerləşdirilib. Avtomobilin salonu görünüşcə yumurtaya bənzəsə də, hərəkət edən hissələr “Lunoxod”u xatırladır.