Azərbaycanda 2011-ci ildə iqtisadi artımın 0,2% səviyyəsində olacağı gözlənilir. APA-nın məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya regionu ilə bağlı son icmalında əks olunub.
Regiona daxil olan MDB ölkələri arasında ən yüksək iqtisadi artımın Türkmənistanda (9,9%), ən aşağı tempin isə məhz Azərbaycanda olacağı gözlənilir.
Gələn il üçün BVF ən yüksək artımın yenidən Türkmənistanda (7,2%), ən aşağı göstəricinin isə Ermənistanda (4,3%) olacağını proqnozlaşdırır. Azərbaycanda isə gələn il üçün iqtisadi artım 7,1% səviyyəsində gözlənilir.


