Qəzzafini belə basdırdılar (VİDEO)

Ərəb televiziyası Liviyanın keçmiş lideri Müəmmər Qəddafi, onun oğlu Mötəssim və keçmiş müdafiə naziri Əbu-Bəkrin basdırılması zamanı çəkilmiş kadrları nümayiş etdirib. 

Lent.az-ın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, videoyazıda 3 tabut, ətrafda dayanan və dua oxuyan insanlar nümayiş etdirilir. Kadrlardan birində öldürülənlərin sifəti iri planda göstərilir. Onlardan biri həqiqətən də Müəmmər Qəddafiyə oxşayır.
Videoyazını Birləşmiş Ərəb Əmirliklərinin “Alaan TV” telekanalı göstərib.
Hələlik bu kadrların həqiqətən də Müəmmər Qəddafinin dəfn mərasiminə aid olduğu barədə rəsmi təsdiq yoxdur. Bu dəqiqəyə qədər Qəddafİnin taleyi ilə bağlı ancaq belə bir informasiya var ki, o, Liviya səhrasında gizli yerdə basdırılıb. Onun qəbrinin yeri təhlükəsizlik tədbirləri baxımından gizli saxlanılır.

 

***

Qəddafinin silah anbarı tapıldı

Liviyanın qətlə yetirilmiş Müəmmər Qəddafinin tərəfdarlarına aid silah anbarı tapılıb. 

Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, silah anbarı Müəmmər Qəddafinin anadan olduğu Sirt şəhərindən 120 kilometr cənubdakı çöllükdə aşkarlanıb. Silah anbarında 10 minlərlə ton sursat olub. Əsasən Fransa və Rusiya istehsalı olan sursatlar qum rənginə boyanmış 80 beton anbardadır. Anbarlarda 100 mm çaplı 8 min artilleriya mərmisi, 250, 500 və 900 kq ağırlığında təyyarədən atılan bombalar, hava hücumundan müdafiə sistemlərinə məxsus mərmilər aşkarlanıb.