Nazir «SS» tikinti şirkətinin maxinasiyalarına necə yol açıb?
Kənd təsərrüfatı naziri Ismət Abbasovun fəaliyyəti ilə bağlı maraqlı məlumat almışıq. Məlumatda bildirilir ki, Dövlət Baytarlıq Xidmətinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin əhəmiyyətli hissəsi isə təmir və yenidənqurma işləri üçün nəzərdə tutulub.
Bununla bağlı tender elan edilib. Tenderdə “SS” şirkəti qalib gəlib. Bu şirkətin Ismət Abbasova yaxın olduğu bildirilir. Məlumatda iddia edilir ki, həmin şirkətin Saday adlı rəhbəri tikinti işlərini layihəyə uyğun aparmayıb. Bildirilir ki, tikinti aparmaq üçün şirkətin “Satınalmalar haqqında” qanunda nəzərdə tutulmuş baş podraçtı lisenziyası yoxdur. Məlumatda o da vurğulanır ki, şirkət rəhbəri müxtəlif yollarla büdcədən ayrılan vəsaiti qaranlıq məqsədlərə sərf edir.
Informasiya şöbəsi