Hollivud ulduzu Ancelina Coli 10 ildir düşmənçilik etdiyi 72 yaşlı atası Con Voyt ilə barışıb. Rusiya mətbuatının yaydığı məlumata görə, “Oskar” mükafatçısı olan Voyt da qızı ilə barışdığını təsdiqləyib.
Qeyd edək ki, ata ilə qızının münasibətləri 2002-ci ildə pozulmuşdu. Voyt Ancelinanı “ciddi psixi problemlərinin olmasında”, qız isə atasını anasına xəyanətdə günahlandırmışdı. “Qızımı və nəvələrimi çox sevirəm”, – deyə Voyt bildirib.