Ilqar Məmmədov: «Iki il əvvəl Liviya da BMT Təhlükəsizlik Şurasının üzvü idi…»
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini hakimiyyət ictimaiyyətə fövqəladə uğur kimi təqdim edir. “ReAL” (Respublikaçı Alternativ) Hərəkatının həmsədri Ilqar Məmmədov isə bayram əhval-ruhiyyəsini bölüşmür.
Ilqar Məmmədov “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, bu üzvlük Azərbaycandakı hakimiyyəti qətiyyən beynəlxalq təzyiqlərdən sığortalamır: “Cəmi 2 il bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkələr sırasında Liviyanın da adı var idi. Indi hamı şahiddir ki, 2 il öncə bu şuraya üzv olan Liviyada hansı hadisələr baş verir.
Azərbaycanda siyasi hakimiyyət düşünürsə ki, Təhlükəsizlik Şurasına üzvlük onu beynəlxalq təzyiqlərdən sığortalayır, beynəlxalq imic məsələsində onun yerini, vəzifəsini əlahiddə səviyyəyə qaldırır, bu, yanlışdır”.
Ancaq Ilqar Məmmədov düşünür ki, müəyyən şərtlər təmin olunsa, Azərbaycanın Təhlükəsizlik Şurasına üzvlüyü üstünlüklər verə bilər.



