Heydər Əliyevin qızı hakimiyyət daxilində gedən iqtisadi savaşdan özünə dəyəcək zərbələri şəxsən dəf etmək istəyir
Heydər Əliyevin qızı Sevil Əliyevanın Bakıya gəlməsi barədə ötən sayımızda məlumat vermişdik. Bildirmişdik ki, onun gəlişi yaxın günlərə təsadüf edir. Londonda yaşayan və qardaşı Ilham Əliyevlə münasibətləri o qədər də yaxşı olmayan Sevil Əliyevanın Bakıya gəlişinin konkret səbəblərinin bəlli olmadığını söyləsək də, onun həmişə etimad göstərdiyi sabiq deputat Rza Ibadovla bağlı yaranmış problemi yoluna qoymaq məqsədilə ölkəyə təşrif buyurması barədə ehtimal irəli sürmüşdük.
Lakin başqa ehtimal da var. Məlumatlı şəxslər hesab edir ki, Sevil Əliyevanın Bakıya gəlişi təkcə Rza Ibadovla bağlı yaranmış problemlə əlaqəli deyil. Bu səbəblərdən biri ola bilər. Əsas səbəb hakimiyyətdə köhnə komandaya hücumların daha da aqressiv xarakter alması ilə bağlıdır. Sevil Əliyevanı məsələnin siyasi tərəfi az maraqlandırır. Mümkündür ki, Heydər Əliyevin qızı əsasən hakimiyyət daxilində paralel olaraq gedən iqtisadi savaşdan özünə dəyəcək zərbələri şəxsən dəf etmək üçün Bakıya gəlsin. Görünür, Sevil Əliyeva A.M.A.Y ticarət mərkəzinin sahibi Abdulla Abdullayevin çökdürülməsi ilə yenidən başlayan bu prosesin dayanmayacağının fərqinə varıb.
Köhnə komanda daxilində isə hücuma məruz qalanlar arasında elə şəxslər var ki, onların biznesində Sevil Əliyevanın da payı var.
Informasiya şöbəsi
HƏMÇİNİN BAX:



