Abdin Fərzəliyev Heydər Əliyev Fondunun Həştərxandakı layihələrini maliyyələşdirməklə «vurulması»nın qarşısını alıb
Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevin işdən çıxarılacağı barədə bir müddət əvvəl yayılan məlumatlar təsdiqini tapmadı. Əldə etdiyimiz məlumatlara görə, həmin xəbərlər təsdiqini tapmasa da, əsassız olmayıb. Doğrudan da Abdin Fərzəliyevin işdən çıxarılmasına qərar verilibmiş. Icra başçısının ard-arda bir neçə qalmaqallı olayda iştirakçı olması, xüsusilə MTN-in sabiq işçilərinin yaşadığı binanın həyətini satması və bu məsələdə Heydər Əliyev Fondunun adının hallandırılması onu bitirmək üçün əsas olubmuş. Lakin son anda Abdin Fərzəliyev ağır öhdəliklərlə canını qurtara bilib.
Əldə etdiyimiz məlumata görə, icra başçısı Həştərxanda Heydər Əliyev Fondunun layihələrini maliyyələşdirmək öhdəliyi götürüb. Məlumat üçün deyək ki, Fond Həştərxanda məktəb və xəstəxana inşa edir. Məlumatda deyilir ki, ən azı layihələr başa çatana qədər Abdin Fərzəliyev vəzifədə qalacaq.
Informasiya şöbəsi


