Karla Bruni körpəsi ilə ilk dəfə fotolarda

Fransa prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni yeni doğulan qız körpəsi Culiya ilə birlikdə özəl klinikadan bu gün ayrılıb. Avrozonada borc böhranından çıxmaq üçün bir həftədir sıx görüşlər keçirən Sarkozi, Almaniyanın baş naziri Angela Merkel ilə görüşmək üzrə Frankfurta getdiyindən həyat yoldaşının yanında olmayıb (ans press).

 

Türkiyə qəzetləri Karla Bruninin öz körpəsi ilə şəkillərini yayımlayıb.

Qeyd edək ki, Karla Bruninin əvvəlki nigahından bir oğlu, Sarkozinin isə əvvəlki iki nigahından üç oğlu var.