Ermənistanın kəşfiyyat rəhbərləri Bakıya gəlir

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin nümayəndə heyəti başda bu xidmətin direktorunun birinci müavini Romik Arutyunyan olmaq şərti ilə Bakıya gələcəklər. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan nümayəndə heyəti 26-28 oktyabr tarixlərində paytaxtımızda baş tutacaq MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin toplantısında iştirak edəcək. Bu məlumatı Ermənistan MTX-nin mətbuat xidmətinin rəhbəri Artsvin Baqranyan verib.

Qeyd edək ki, MDB ölkələri təhlükəsizlik xə xüsusi xidmət orqanlarının rəhbərlərinin toplantısının gündəliyinə ümumilikdə 20 məsələnin müzakirəsi daxil edilib. Toplantıya qatılacaq tərəflərlər MDB ölkələri üzrə dini eksterimizm, terrorçuluq, qanunsuz miqrasiya məsələlərini müzakirə edəcəklər. Bununla yanaşı toplantıda MDB ölkələri təhlükəsizlik qurumlarının qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə ediləcəyi də gözlənilir.