Gənc müğənni Mina yenə də partladı. ANS PRESS-in məlumatına görə, “Hər şey istəyirəm” klipi ilə Azərbaycanda partlayış edən qızcığaz dinc durmadı. Gənc ifaçı “BakıFilm” və “Red studia production”la birləşib hazırladığı növbəti bombasını işə saldı.
Mina yeni klipini – “Dur oppan”ı çəkdirdi. Klipin rejissoru XALQ, baş prodüsseri isə Vaqif Əsədullayevdir. “Dur oppan” deyə qışqıran Minanın görəsən bu dəfəki hədəfi kimlərdir?
Klipi artıq Youtube istifadəçilərinin ixtiyarındadır. Ehtiyatlı olun, birdən sizə də dəyər!