Bu məsələ ilə bağlı ABU rektoru barəsində cinayət işinin açılması planlaşdırılır
Təhsil naziri Misir Mərdanovun saxta diplom axtarışına çıxmasının pərdəarxası məqamları barədə ilginc məlumatlar əldə etmişik. Məlumatlarda bildirilir ki, əslində bu kampaniya Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə qarşı yönəlib. Onun qardaşının oğurlanması ilə bağlı açıqlamaları hakimiyyətdə qəzəb doğurub. Bu baxımdan ABU rektoru barədə cinayət işi başlanması barədə qərar verilib. Məlumatlara görə, hakimiyyətdə hesab edirlər ki, bu işin təkcə Elşad Abdullayevlə məhdudlaşdırılması ABU rektoruna qərəzdən irəli gəlməsilə yozula bilər. Bu baxımdan saxta diplomlarla bağlı geniş miqyaslı araşdırmalara başlanılıb. Araşdırmalardan sonra saxta diplomla dövlət vəzifələrində çalışanlar süzgəcdən keçiriləcək. Daha sonra isə bu məsələ ilə bağlı cinayət işi başlandığı elan olunacaq. Və cinayət işində Elşad Abdullayevin adı qırmızı xətlə keçəcək. Ola bilsin ki, ABU rektoru barədə ayrıca cinayət işi başlansın.
Informasiya şöbəsi
HƏMÇİNİN BAX:
ABU-nun rektoru prokurorluğa ifadəsinin davamında nələrdən bəhs edib?
Elşad Abdullayevin ittiham etdiyi şəxs «Azadlıq»a danışdı
Elşad Abdullayevin qardaşı oğlu da oğurlanıbmış
Generalın oğlunu kimlər oğurlayıb?
Elşad Abdullayev fırtınası davam edir
***
Elşad Abdullayevdən İlham Əliyevə şok müraciət
Elşad Abdullayevdən yeni sensasiyalar
“Qohumlarım MTN-in «podvallarından» tapılırdılar”
Mahir Abdullayevin oğurlandığı maşın Bakıdadır