PKK 24 türk hərbçisini öldürdü

PKK (Kürd Fəhlə Partiyası) yaraqlıları Türkiyənin cənub-şərqində polis məntəqələrinə və Silahlı Qüvvələrin postlarına qəfil hücumlar ediblər. Oktyabrın 18-də axşam Bitlis rayonu ərazisində PKK terrorçuları 5 polis əməkdaşını və 1-i uşaq olan 3 mülki şəxsi qətlə yetiriblər.
Oktyabrın 19-na keçən gecə isə İraqla sərhəddəki Hakkari vilayətinə daxil olan terrorçular 24 türk hərbçisini öldürüblər. Yerli mətbuat bildirir ki, Türkiyə hərbi təyyarələri PKK-nın İraqın şimalındakı mövqelərini bombalamağa başlayıb.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərini təxirə salıb.