Əli Həsənov “Azadlıq”ın rolunu etiraf etdi


Mətbuat Şurasının təşkilatçılığı, “Bakcell” və ARDNŞ-in sponsorluğu ilə Azərbaycanda fəaliyyət göstərən media quruluşlarının rəhbərlərindən ibarət böyük bir heyət Gəncədə tədbir keçirir. “Dövlət müstəqilliyimiz və media” adlanan ümumrespublika konfransi ölkəmizin dövlət müstəqilliyinin bərpasını 20 illiyinə və bu tarixi nailiyyətdə medianın rolu mövzusuna həsr olunub.

“musavat.com”un yaydığı məlumata görə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxışı zamanı iki müxalifət qəzetinin müstəqilliyimizin qazanılmasında oynadığı rola toxunub. Qeyd edib ki, dövlət müstəqilliyimizin bərpa olunmasında “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin də əvəzsiz xidmətləri olub.