Yaponlar insan üzünün surətini çıxardı

Maska-sifətlərdə hətta damar və göz bəbəkləri də gerçəkdəki kimidir

Yaponiyada bir şirkət 100 faiz oxşarlıqla insan üzü maskaları istehsal edir. “Daily Maili” qəzetinin xəbərinə görə, “Real-f” adlı şirkət 3 min 900 dollara istəyən hər kəs üçün üzünün tam eynisi olan maska hazırlayır. 3DPF (3 ölçülü Foto Form) adlandırılan maskalar sərt “vinil xlorid” adı verilən bir maddədən hazırlanır.
“İnsan üzünün üç ölçülü fotosurəti” olaraq da xarakterizə edilən maskalar adamın üzündəki damarlar və hətta göz bəbəyinə qədər belə gerçəyə oxşayır.