Röya Rəhim Rəhimlinin qolunu sındırıb

“Yavaşca itələdi, ayağım sürüşdü yıxıldım”

Populyar müğənni Rəhim Rəhimlidən yenə pis xəbər var – bəstəkar-müğənninin qolu sınıb. ANS PRESS-in gün.az-a istinadən verdiyi məlumata görə, dünən toy məclislərinin birində ayağı sürüşən Rəhimli üzü üstə yerə yıxılıb. Nəticədə müğənninin çiyin sümüyü çatlayıb. Təcili xəstəxanaya çatdırılan Rəhimlinin qoluna gips qoyulub.
“Ailəvi dostlarımızdan birinin toy məclisinə daxil olanda Röya ilə zarafatlaşa-zarafatlaşa danışırdıq. Birdən o zarafatca məni yavaşca itələdi. Tərslikdən ayağım sürüşdü yıxıldım. Ayılanda gördüm xəstəxanadayam, başımın üstündə Röya, qolumda gips”, – deyə, müğənni olanları gülərək xatırlayıb.
Hazırda evində yataq rejimində olan müğənni özünü yaxşı hiss edir.