Dövlət büdcəsinin investisiya proqramında təhsil və elm sahəsinə 214,1 mln. manat məbləğində vəsait ayrılacaq. Bu məbləğin 199,7 mln. manatı dövlət büdcəsinin, 14,4 mln. manatı isə xarici kreditlərin payına düşür.
Təhsil sahəsində maliyyələşdiriləcək iri investisiya qoyuluşu layihələrinə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı, Diplomatik Akademiya və Milli Konservatoriya üçün yeni tədris komplekslərinin, eləcə də ali təhsil müəssisələri üçün yeni yataqxanaların tikintisi və s. daxildir.
Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəri Nərgiz Paşayeva, Diplomatik Akademiyanın rəhbəri isə Hafiz Paşayevdir. Hər ikisi dövlət başçısı Ilham Əliyevin yaxın qohumudur. Milli Konservatoriyanın rəhbəri Səyavuş Kərimiyə gəlincə, o da Paşayevlərə yaxın şəxsdir. Beləliklə, faktiki olaraq Ilham Əliyev təhsil investisiyalarını qohumlarına ayırıb.



