İlham Əliyev hələ seçim etməyib

Dövlət başçısı: «Azərbaycan öz qaz resurslarının Avropaya ixrac marşrutu ilə bağlı seçimini hələ müəyyən etməyib»

Azərbaycan öz qaz resurslarının Avropaya ixrac marşrutu ilə bağlı seçimini hələ müəyyən etməyib. Bu barədə Bakıda Avstriya prezidenti ilə danışıqlardan sonra dövlət başçısı Ilham Əliyev “Azərbaycan tərəfi hansı ixrac marşrutuna üstünlük verir” sualının cavabında bildirib.
Xatırladaq ki, “Cənub qaz dəhlizi” çərçivəsində aşağıdakı qaz kəmərləri mümkündür:”Nabucco” (Türkiyə-Bolqarıstan-Rumıniya-Macarstan-Avstriya), ITGI (Türkiyə-Yunanıstan-Italiya) və TAP (Transadriatik-Yunanıstan-Albaniya-Italiya).  “Həm Azərbaycan, həm tərəfdaşlarımız, həm də əsas investorlar üçün ən məqbul variant seçiləcək.
Azərbaycan qaz potensialının maksimum reallaşmasında maraqlıdır”, – deyə o, qeyd edib(Turan).