Azərbaycandakı müdhiş korrupsiya faktları “WikiLeaks”də

Korrupsiyalaşmış qurumların siyahısında Dövlət Gömrük Komitəsi «liderdir»

Azərbaycan hökuməti kilometri 1,5 milyon dollara başa gələsi yolu 23 milyon dollara çəkib

Dünyanın müxtəlif ölkələrində çalışan amerikalı diplomatların Vaşinqtona göndərdiyi məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının ölkəmizlə bağlı yayımladığı sənədlərdən sonuncuları dərc edirik. ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu Vaşinqtona ünvanladığı 25 fevral 2010-cu il tarixli məktubunda ölkəmizdə insan alverinin səviyyəsi və buna qarşı aparılan mübarizədən bəhs edir. Amerikalı diplomat yazır ki, Azərbaycanda insan alveri geniş yayılıb və minlərlə insan cinayətkar şəbəkənin qurbanıdır.

Korrupsiya və vəzifədən sui-istifadə Azərbaycanı bürümüş ciddi problemdir

Donald Lu Azərbaycan hakimiyyətinin insan alverinə qarşı mübarizəsinə toxunaraq yazıb ki, bu istiqamətdə atılan addımlar yetərli deyil. Diplomat insan alverinə qarşı mübarizə sahəsində də korrupsiya hallarının geniş yayıldığını qeyd edib: “Korrupsiya hallarının geniş yayılması və siyasi iradə çatışmazlığı Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizəsində ciddi problem olaraq qalır. Korrupsiya və məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə halları bütün Azərbaycanı bürümüş ciddi problemlərdən biridir. Dəqiq söyləmək olar ki, ölkədə korrupsiyanın yüksək səviyyədə olması, siyasi iradə ortaya qoyulmaması, insan alveri qurbanlarının aşkarlanması və həmin şəxslərin hüquqlarının bərpası üçün müraciətlərə məhkəmələrdə ədalətli baxılmaması halları insan alverinə qarşı mübarizəyə ciddi maneələr törədir”.

Qərb şirkətləri Azərbaycanı tərk etməyə məcbur olub

“WikiLeaks”in ölkəmizlə bağlı açıqladığı növbəti teleqram 2010-cu il yanvarın 25-də Vaşinqtona göndərilib. ABŞ səfirliyinin bir qrup əməkdaşının hazırladığı hesabat xarakterli məktubda ölkəmizin iqtisadi-biznes mühiti, o cümlədən bu sahədəki problemlər göstərilib. Diplomatlar ölkəmizdə ən ciddi problem olaraq korrupsiyanın geniş yayılmasını və dövlət qurumlarının korrupsiya aparatının başında durmasını göstəriblər. Məktubda hökumətin korrupsiyaya qarşı apardığı mübarizənin səmərəsiz olduğu da qeyd edilir: “Azərbaycanda qeyri-neft sektoruna investisiyaların qoyulmasına korrupsiyanın yüksək səviyyədə olması ciddi problem yaradır. Korrupsiyaya qarşı qəbul edilmiş qanun effektli olmamaqla yanaşı, qanundan irəli gələn tədbirlərin həyata keçirilməsində və qərarların icrasında da effektiv addımlar atılmır. Azərbaycan hökuməti geniş yayılmış korrupsiya hallarının mövcudluğunu etiraf etsə də, ”Transparency International” kimi beynəlxalq təşkilatların ölkədə korrupsiyanın səviyyəsinə görə tənqid və hesabatlarıyla razılaşmır”.
Diplomatlar Azərbaycanda korrupsiyalaşmış qurumların siyahısına Dövlət Gömrük Komitəsinin “liderlik” etdiyini yazıblar: “Korrupsiyalaşmış dövlət qurumları arasında Gömrük Komitəsinin adı daha çox hallanıb. Siyahıda ikinci yeri Vergilər Nazirliyi tutur. Bütün ölkə səviyyəsində yayılmış korrupsiya ilə yanaşı, məmur özbaşınalığı, vəzifədən sui-istifadə halları da Azərbaycanda mövcud olan ciddi problemlər sırasındadır. Məhz bu səbəblərdən xarici şirkətlər Azərbaycana investisiya qoymaqda bir o qədər maraqlı deyillər. Hətta bəzi Qərb şirkətləri qeyri-ənənəvi ”rəqabətə” dözə bilmədikləri üçün Azərbaycan bazarını tərk etmək məcburiyyətində qalıblar”.

Nəqliyyat layihələri zamanı külli miqdarda dövlət vəsaiti mənimsənilir

Amerikalı diplomatlar son illər ölkəmizdə nəqliyyat sektoruna qoyulan investisiyalar və hökumətin bu sahəyə ayırdığı milyardlarla dolların müəmmalı aqibətinə də toxunublar. Teleqramda qeyd olunur ki, son bir neçə ildə Azərbaycan hökuməti nəqliyyat sisteminin inkişafına külli miqdarda vəsait xərcləyib. Maliyyə nəzarətinin effektli olmaması nəqliyyat sektorunda həyata keçirilən layihələrdə korrupsiya hallarının artmasına imkan yaradır. Nəqliyyat sektorunda həyata keçirilən layihələrin icrası zamanı külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları yerli və beynəlxalq QHT-nin hesabatlarında öz əksini tapıb. Qətərin “Əl-Cəzirə” telekanalı Azərbaycan hökumətinin nəqliyyat sektorunun inkişafına ayırdığı maliyyə və onun xərclənməsi sistemilə bağlı hazırladığı reportajında qeyd edib ki, 2009-cu ildə paytaxtdan hava limanına gedən avtomobil yolunun yenidən qurulmasının hər kilometrinə 23 milyon dollar xərclənib. Ancaq Dünya Bankının vəsaitilə, paytaxtdan cənuba doğru çəkilən avtomobil yolunun hər kilometri 1.5 milyon dollara başa gəlib”.

Siyasət şöbəsi

Wiki-Arxiv:

Əliyevin müşaviri ABŞ diplomatına nəyi etiraf edib?

Heydər Babayev Şahin Mustafayevi “bacarıqsız” adlandırıb

ABŞ Əliyevlərin İranla işbirliyinin izinə düşüb

İlham Əliyev Rusiyaya təcavüzkar deyib

Heydərov Koreya şirkətini ölkədən necə qovub?

Ekologiya nazirinin ABŞ diplomatlarına açdığı sirr

“WikiLeaks”də Naxçıvan dəhşətləri

Samir Şərifovun ABŞ diplomatına korrupsiya etirafı

Elnur Aslanovu “nurçu”larla nə bağlayır?

“WikiLeaks” Cəlal Əliyevi ifşa etdi

İran-Ermənistan münasibətləri “WikiLeaks”də

Hakimiyyətdaxili savaş səfirin məxfi məktubunda

Bakıdakı “məmur toyxanası”nda insan alveri

“Qaçqınkom” sədri hakimiyyəti ifşa edib

Əliyev Saakaşvilidən niyə gileylənib?

Rail Rzayevin qətli barədə Vaşinqtona hansı məlumat verilib?

Baş nazir İrandan pul alır?

Gömrük şefi Əliyev komandasını satıb

Partiya sədrinin adı nazirin “maaş cədvəli”ndə

“Barmek”in cəzalandırılma səbəbi “WikiLeaks”də

İlham Əliyev ABŞ-a Fərhad Əliyev haqda nə deyib?

Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb

Əliyev Türkiyəyə yalançı və satqın deyib

İqtidardaxili savaşın şok detalları

XİN əməkdaşları İlham Əliyevi satıb

Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib

İsrail səfiri Əliyevi “satıb”

“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”

Əliyev Kramerlə nəyə görə savaşıb?

Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb

Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib

«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar

Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?

İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

İlham Əliyevin sərvəti kimin adınadır?

“WikiLeaks” müxalifətin də sirlərini yaydı

Əliyev İranı “vəhşi heyvan”a bənzədib