Türkiyədə azərbaycanlı iş adamı 1 milyon dollara saat alıb

“Vacheron Constantin”in 250 illiyi  şərəfinə buraxılan  “Saint Gervais”dən Türkiyədə cəmi 2 ədəd olub

Türkiyədə azərbaycanlı iş adamlarından biri qiyməti 1 milyon dollardan artıq olan qol saatı alıb. Bu barədə Türkiyənin “Milliyet” qəzeti xəbər yayıb. Xəbərda həmin azərbaycanlı iş adamının adı açıqlanmır. Amma qeyd olunur ki, bu bahalı saatdan Türkiyədə cəmi 2 ədəd olub.
Azərbaycanlı iş adamının aldığı saat məşhur “Vacheron Constantin” firmasının 250-ci ili şərəfinə 55 ədəd istehsal edilmiş saatlardan biridir. Saatların bir ədədinin qiyməti 750 min avrodur. Türkiyəyə göndərilən ikinci eyni saat hələ də vitrinlərdə alıcısını gözləyir.
Fransadakı Saint Gervais bölgəsinin adını daşıyan saat 44 millimetr diametrdə platin korpusa malikdir. Saint Gervais 410 hissədən ibarətdir və əqrəblərin hərəkəti bu hissələrin bir yerdə işləməsi sayəsində meydana gəlir.
Saatın üzərində aylar və günlər ayrı hissələrdə yer alır. Saatda 4 ayrı çarx var. Əllə qurulan saatın, qurulduqdan sonrakı iş müddəti təxminən 270 saatdır, ancaq saat firmanın ildönümü şərəfinə 250-ci saatın sonunda öz-özünə dayanır.