Timoşenkoya qarşı növbəti ittiham

Ukraynanın keçmiş baş naziri indi də dövlət əmlakını talamaqda günahlandırılır

Bir neçə gün öncə Rusiya ilə 2009-ci ildə təbii-qaz müqaviləsinin imzalanması zamanı vəzifədən sui-istifadə etməkdə günahlandırılaraq Kiyev məhkəməsi tərəfindən 7 il azadlıqlda məhrum olunan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoya qarşı növbəti ittiham irəli sürülüb.

Leonid Kuçma hakimiyyətinə qarşı “Narıncı İnqilab”ın simvoluna çevrilən Timoşenko ində də 1990-cı illərin sonunda dövlət fondlarına aid 405 milyon dolları mənimsəməkdə ittiham olunur. Ukraynanın hüquq-mühafizə orqanları Timoşenko və ABŞ-da mühacir həyatı yaşayan keçmiş baş nazir Pavlo Lazarenko haqqında məhkəmə istintaqının başlandığını bildiriblər.

Səlahiyyətlərindən sui-istifadəyə görə 7 il həbs cəzasına məhkum edilən Yuliya Timoşenkonun bu dəfə dövlət fondlarını ələ keçirməyə cəhdə günahlandırıldığını bildirən rəsmilər o dövrdə rəhbəri olduğu Ukrayna Birləşmiş Enerji Sistemi (SEUU) adlı şirkətin Müdafiə Nazirliyinə borcu olan 405,5 milyon dolları dövlət büdcəsindən ödəməklə ittiham edildiyini söyləyiblər. Timoşenkonun həmin illərdə rəhbəri olduğu şirkətin sahibi kimi və o dövrdüə Ukraynanın baş naziri postunu tutan Lazarenko ilə cinayət ortaqlığı qurduğu iddia edilir.

İnformasiya şöbəsi