abd-kongres

Əliyevin korrupsiya şousu ABŞ-ı da qane etməyib

“Azərbaycan hökumətinin korrupsiyaya qarşı apardığı kampaniya məhdud və müvəqqəti oldu”

Martin Spekler: «Sizin məhkəmələrdə onların müdafiəsi mümkün deyil, çünki sizdə məhkəmələr mükəmməl deyil»

Azərbaycanda korrupsiyanın yüksək səviyyədə olması Bakı və Vaşinqton arasında əsas məsələlərdən biri olaraq qalır.  Bunu Vaşinqtondakı rəsmi şəxslərdən biri qarşıdakı yüksək səviyyədə ikitərəfli danışıqları “Turan”ın müxbirinə şərh edərkən deyib. “Çox təəssüf ki, Azərbaycan hökumətinin korrupsiyaya qarşı apardığı kampaniya məhdud və müvəqqəti oldu”, – adının çəkilməsini istəməyən mənbə qeyd edib.
Öz növbəsində Indiana Universitetinin iqtisadiyyat üzrə professoru, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı haqqında kitab yazmış Martin Spekler hesab edir ki, korrupsiyaya qarşı mübarizənin resepti belədir: demokratik seçkilər, mülki xidmətdə islahatlar, siyasi partiyaların nazir kürsülərində rotasiyası.  
“Qərb investorları Azərbaycanda korrupsiya və iqtisadi problemlərlə əlaqədar onların investisiyalarına zəmanətin olmamasından narahatdır. Bundan əlavə, neft və qazın qiymətinin enməsi, valyuta məzənnəsinin dəyişməsinin mümkünlüyü ilə bağlı iqtisadi risk təhlükəsi qalır. Istənilən xarici biznes, hətta müqavilələrə əsaslanmış biznes deyə bilər ki, sizin məhkəmələrdə onların müdafiəsi mümkün deyil, çünki sizdə məhkəmələr mükəmməl deyil.
Bakı Türkiyə, Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrindən ticarət, kənd təsərrüfatı və digər zəruri sahələrə investisiya cəlb etməlidir. Lakin digər bir risk qalır- bu, Ermənistanla mümkün müharibədir. Bu, ən ciddi riskdir. Rusiyanın daim Ermənistana hərbi yardım göstərdiyini nəzərə alsaq, Azərbaycan işğal olunmuş torpaqlarını sülh yolu ilə azad edə bilməyəcək.
Odur ki, mülkiyyətin itirilməsi və ya özünün zərər çəkməsi istənilən investorun qarşısını alacaq”.