Sabiq rektorun icra başçısıyla şərikli restoranlarını qapadacaqlar
Son günlər “Azadlıq”dakı sensasion açıqlamalarıyla gündəmin əsas müzakirə mövzularından birinə çevrilən Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin vaxtilə hakimiyyət daxilində əsas himayədarı YAP-ın icra katibi Əli Əhmədov olub.
Bu barədə “Bizim yol” qəzetinin yaydığı məlumatda bildirilir ki, Elşad Abdullayevin qayınatası, akademik Hüseyn Əhmədov YAP-ın icra katibilə yaxın qohumdur. Xatırladaq ki, Elşad Abdullayev 2005-ci ilin parlament seçkilərində YAP-ın rəsmi namizədi Musa Musayevə alternativ olaraq seçkiyə qoşulmuşdu. Həmin dövrdə rəsmi namizədlərə rəqib olan YAP-çıların əksəriyyəti partiya sıralarından xaric olunsalar da, Elşad Abdullayev cəzalandırılmamışdı. Əksinə, o, təkrar seçkilərdə 8 Saylı Binəqədi seçki dairəsində YAP-ın rəsmi namizədi olmuşdu. Məhz yuxarıda qeyd olunan qohumluq səbəbilə YAP seçkilərdə Elşad Abdullayevi dəstəkləyib.
“Bizim yol” onu da qeyd edir ki, sabiq rektorun son günlərdəki açıqlamaları vaxtilə onunla əlaqəsi olan biznesmenlər və məmurlar üçün də təhlükə yaradıb. Müxtəlif dövlət qurumları Elşad Abdullayevlə müəyyən qədər əlaqəsi olan restoranlara və başqa biznes strukturlarına müdaxilə etməyə başlayıb. Binəqədi Rayon Icra Hakimiyyətinin başçısı Alı Qocayevlə Elşad Abdullayevə məxsus iki şadlıq sarayı Iqtisadi Inkişaf Nazirliyi və Vergilər Nazirliyinin yoxlamalarına məruz qalıb. Yaxın günlərdə hər iki biznes obyektinin qapadılacağı gözlənilir.
Bundan başqa, Azərbaycan Beynəlxalq Universitetinin ərazisindəki torpaq sahələrinin ondan geri alınması üçün də araşdırmalar aparılır.
HƏMÇİNİN BAX:
“Elşad müəllim, bu adamlar 10 nəfərdir…”
Elşad Abdullayevin ittiham etdiyi şəxs «Azadlıq»a danışdı
Elşad Abdullayevin qardaşı oğlu da oğurlanıbmış
Generalın oğlunu kimlər oğurlayıb?
Elşad Abdullayev fırtınası davam edir
***
Elşad Abdullayevdən İlham Əliyevə şok müraciət
Elşad Abdullayevdən yeni sensasiyalar
“Qohumlarım MTN-in «podvallarından» tapılırdılar”
Mahir Abdullayevin oğurlandığı maşın Bakıdadır


