Hakimiyyət yaş senzinə görə işdən çıxarılan komissiya təmsilçilərini təhlükə hesab edir
Hakimiyyət seçki komissiyalarında dəyişikliklərə başlayıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, bu dəyişikliklər yaş senzi ilə bağlı ixtisarlarla əlaqəlidir.
Söhbət ondan gedir ki, yaş senzilə əlaqədar işdən çıxarılan təhsil, tibb və digər büdcə təşkilatlarında çalışanların əksəriyyəti seçki komissiyalarında təmsil olunur. Hakimiyyət ehtiyat edir ki, həmin adamlar işdən çıxarıldıqlarına görə, onların komissiyalarda təmsil olunması ciddi təhlükədir. Bu baxımdan qərar verilib ki, yaş senzinə görə işdən çıxarılan, lakin seçki komissiyalarında təmsil olunanlar buradan da uzaqlaşdırılsınlar. Komissiyalarda “təmizləmə əməliyyatı” yaş senzi bəhanəsilə aparılacaq. Halbuki qanunvericilikdə seçki komissiyalarında təmsilçilik məsələsində yaş məhdudiyyəti yoxdur.
Informasiya şöbəsi