Avropa Parlamentinin prezidentindən qəti tələb

“Azərbaycandakı bütün siyasi məhbuslar azad edilməlidir”

Avropa Parlamentinin prezidenti Jerzy Buzek Azərbaycanda bütün siyasi məhbusları azad etməyə çağıran açıqlama verib. O, “Azadlıq” radiosuna müsahibəsində deyib ki, Avropa Birliyi “müasir, çiçəklənən və demokratik Azərbaycanın qurulmasında” vacib tərəfdaş olmaq istəyir.

Buzek Azərbaycanda dialoq, ifadə azadlığı, media plüralizmi, habelə müxalifət və vətəndaş cəmiyyətilə konstruktiv əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidlə yanaşdığını bildirib. O qeyd edib ki, Azərbaycanda həbsdə qalan bütün siyasi məhbuslar azad edilməlidir.

“Mən ”Şərq Tərəfdaşlığı” və Avropa Parlament Assambleyası çərçivəsində Azərbaycanla əməli əməkdaşlığı alqışlayıram. Amma Azərbaycanda insan haqları və siyasi azadlıqlar sahəsində inkişaf əlaqələrimizi daha da möhkəmləndirərdi”, – deyə Buzek vurğulayıb.