Mühafizəkar dindarlar telekanala hücum edib, 100 nəfər həbs olunub
İran rejissoru Mərcan Satrapinin “Persepolis” filmi Tunisin yerli televiziyalarından birində “Nessma” da nümayiş etdirdikdən sonra 300-dən çox dindar telestansiyaya hücum edib.
Kanalın nümayəndəsi Nebil Karui deyib ki, onlarla adam kanala hücum edərək onu yandırmağa cəhd edib. Telekanal rəhbərliyi isə onları ölümlə təhdid edən məktublar alıb.
Tunisin Daxili İşlər Nazirliyi hadisəni təsdiq edib və 100 adamın həbs olunması haqda məlumat verib.
Karui bildirib ki, “Persepolis”in nümayişindən sonra axşam facebook- da kanalın yandırılmasna və əməkdaşların öldürülməsinə çağıran səhifə yaradılıb:”Biz hədələrə alışmışıq. Amma məni həyəcanlandıran- onların hədələri həyata keçirməsidir. Nessma – proqressiv kanaldır, bizi qorxuda bilmzələr. Məqribdə ən liberal kanal olmağımızla fəxr edirik və nəyi zəruri hesab ediriksə onu da yayımlayırıq. Biz bir diktatoru taxtdan saldıq, növbətini də taxtdan salmağa qadirik”.
Fransa-İranın birgə istehsalı olan və bir neçə mükafata layiq görülən “Persepolis” qrafik novellasında İrandakı dini rejim tənqidə tuş gəlib. Dindarları qəzəbləndirən həm də filmdən sonra kanalda dini ekstrimizm haqda debatın yayımlanması olub (lent.az).