Onlar dünya çempionatındakı uğursuzluğa görə danlanıblar
Azərbaycanda keçirilən boks üzrə dünya çempionatında idmançılarımızın uğursuzluğu Azərbaycan Boks Federasiyasının rəhbəri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu hiddətləndirib.
Qeyd edək ki, ölkəmizi təmsil edən 9 boksçudan yalnız bir nəfər yüksək nəticə göstərərək qızıl medala sahib olub. Bu isə “fövqəlnazir”i qane etməyib. Əldə etdiyimiz məlumatlara görə, Kəmaləddin Heydərovun bu sahəni kurasiya edən müavinlərindən biri boksçularımızı danlayıb. O, bildirib ki, yarışda göstərilən nəticələr generalın (Kəmaləddin Heydərovun) xoşuna gəlməyib. “Siz generalın başını aşağı elədiz”, – deyə o, bildirib. Xüsusilə yüksək nəticə göstərəcəkləri gözlənilən boksçular sərt danlağa məruz qalıb.
Informasiya şöbəsi