«Fövqəlnazir»in adamı icra başçılığından getdi, yerinə Dəmir Yolu Idarəsinin rəisi Arif Əsgərovun qardaşı təyin eldildi
Dövlət başçısı Ilham Əliyevin sərəncamı ilə Rauf Hüseynov Qazax rayon Icra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. I.Əliyevin digər sərəncamıyla Ayaz Əsgərov həmin rayonun icra başçısı təyin olunub.
Onu da qeyd edək ki, yeni icra başçısı Dövlət Dəmir Yolu Idarəsinin rəisi Arif Əsgərovun qardaşıdır. O, hakimiyyətdə Ziya Məmmədovun komandasına daxil olan şəxs kimi tanınır. Bu təyinatadək A.Əsgərov Z.Məmmədovun nəzarətində olan başqa bir rayonda- Nəsimi rayonunda icra başçısının iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.
Istefaya göndərilən Rauf Hüseynov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun komandasına aid şəxs olub.
Informasiya şöbəsi



