Bayraq Meydanı tikintisində Şimali Koreya ilə rəqabət elementləri
Təbrizli idman ustası Tehran rejiminin cinayətlərindən danışıb
Amerikalı diplomatların məxfi məktublarını açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı gizli sənədlərin dərcini davam etdiririk. Bu dəfə dərc etdiyimiz məktublar ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili olmuş Donald Luya məxsusdur.
Donald Lu 2009-cu il sentyabrın 4-də Vaşinqtona göndərdiyi məktubda Azərbaycandakı iqtisadi problemlərdən yazır. Məktubda maraqlı məqam Ilham Əliyevin yeni iqtisadi qanuna veto qoymasının səbəbinin bəlli olmasıdır. Donald Lunun yazdığına görə, Ilham Əliyev Azərbaycanda faəliyyət göstərən və bura investisiya qoyan xarici şirkətlərin təmsilçilərindən, eləcə də vitse-prezidentlərindən birinin azərbaycanlı olmasının mütləq şərt kimi irəli sürülməsini istəyir. Diplomat yazır ki, hətta Ilham Əliyevin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundov da ölkə başçısının veto qoymasının məhz bununla bağlı olduğunu etiraf edib.
Vahid Axundov
Əliyevin Şimali Koreya ilə rəqabəti
Amerikalı diplomatın teleqramında diqqət çəkən başqa bir məqam Ilham Əliyevin Bayraq Meydanı tikintisinə verdiyi önəmin Şimalı Koreya ilə yarışa girmək kimi qiymətləndirilməsidir. Donald Lu yazır ki, Ilham Əliyev dünyada ən hündür bayraq dirəyinin olduğu Şimali Koreyanı qabaqlamağa çalışır: “Ilham Əliyev Bakının ən hündür yerlərindən birində Bayraq Meydanının tikintisinə göstəriş verib. O, Bayraq Meydanının Şimali Koreyanın Panmunceon bölgəsində tikilmiş meydandan geniş, orada ucaldılmış bayraqdan daha hündür olmasına da tapşırıq verib”.
“Irəli”çilərin demokratiyaya nifrəti
Donald Lunun 2009-cu il sentyabrın 10-da yazdığı teleqramda isə hakimiyyətyönlü “Irəli” Ictimai Birliyinin (təşkilat yaradılanda gənclər hərəkatı olub, sonradan ictimai birlik kimi dövlət qeydiyyatından keçib) fəaliyyətindən bəhs edilir. Məktubda yazılır ki, iqtidarı dəstəkləyən gəncləri özündə birləşdirən “Irəli”nin üzvləri hökumətdə və iş dünyasında “yaxşı” yerlərdə əyləşiblər.
Amerikalı diplomat əlavə edir ki, ABŞ səfirliyinin əməkdaşları “Irəli”nin ofisində olduqları zaman heyrətə gəliblər. Yeni yaranmış bir QHT-nin dəbdəbəli ofisi, bahalı mebellərlə bəzədilmiş otaqları diplomatların diqqətindən yayınmayıb. Hakimiyyətin nəzarətindəki “Irəli”nin ictimai birlik kimi qeydiyyata alınmasında da heç bir problem yaşanmayıb. Ədliyyə Nazirliyi qeydiyyat məsələsini ən qısa zamanda, heç bir araşdırma aparmadan həll edib. Əsasən, vəzifəli şəxslərin övladlarının və onların yaxın çevrəsinin toplandığı bu birliyə üzv olanların yaşayış səviyyəsi yüksəkdir.
ABŞ səfirliyinin əməkdaşları ilə söhbət zamanı “Irəli”nin rəhbərliyində təmsil olunan gənclər ölkədə demokratiya və insan haqlarının durumuyla bağlı bir kəlmə belə, işlətməyiblər. Onlara ünvanlanan suallardan isə yayınaraq, gələcək fəaliyyətlərindən danışıblar.
Təbrizli idman ustasının verdiyi məlumatlar
Donald Lunun daha bir məktubu (28 avqust 2009-cu il) Iran rejiminin təzyiq və təqiblərindən yaxa qurtarmaq üçün Azərbaycana sığınmış təbrizli soydaşımızın ABŞ səfirliyinin əməkdaşları ilə söhbəti barədədir.
Amerikalı diplomat yazır ki, Huşəng adlı soydaşımız əslən Təbrizdəndir və Iranda yaşadığı illər ərzində döyüş idman növləri üzrə peşəkar mütəxəssis kimi fəaliyyət göstərib. O, şəxsi idman klublarından birinə rəhbərlik edib: “Əslən Təbrizdən olan və Tehran rejiminin təzyiqlərindən yayınmaq məqsədilə Bakıya sığınan Huşəng səfirlik əməkdaşları ilə söhbət zamanı bildirib ki, Iranda fəaliyyət göstərən döyüş idman növləri üzrə şəxsi klublar və onların sahibləri molla rejiminin mütəmadi təzyiqlərinə məruz qalır. Huşəngin sözlərinə görə, Iran hakimiyyəti belə klubların Inqilab Keşikçiləri Korpusu (SEPAH) və xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsinə çalışır. Bunda məqsəd isə həmin klublarda idmanla məşğul olan gənclərdən hökumətə qarşı aksiyaların dağıdılmasında, müxaliflərə fiziki təzyiqlərin göstərilməsində və siyasi qətllərin törədilməsində istifadə etməkdir”.
Donald Lu
Tehran rejimi gənc idmançılardan killer kimi yararlanır
Donald Lunun yazdığına görə, Huşəng deyib ki, çətinliklə də olsa, çalışdırdığı klubu Iran rejiminin təzyiqlərindən qoruyan, SEPAH və ETTELAAT-la əməkdaşlıqdan yayına bilib. “Təbrzili mühacir əksər şəxsi döyüş idman klublarının Iran hakimiyyətinin təzyiqlərinə boyun əydiyini və təhlükəsizlik qüvvələrilə əməkdaşlığa getdiyini bildirib. Huşəngin sözlərinə görə, Iranın daxili təhlükəsizlik və xüsusi xidmət orqanları şəxsi klublarda məşq edən gənclərdən hakimiyyət əleyhinə etiraz aksiyalarının dağıdılmasında, müxaliflərə yönəlik repressiyaların təşkilində istifadəyə ”fövqəladə” əhəmiyyət verir. Tehran rejimi şəxsi idman klublarına gedən gənclərdən “xüsusi tapşırıqlar” məqsədilə qruplar yaradaraq, kütləvi etirazların dağıdılmasında və müxalif fəalların təqibində onlardan istifadəyə də önəm verir”, – deyə məktubda yazılıb.
Təbrizdə müxalif fəalları kimlər öldürüb?
Təbrizli idman ustası səfirlik əməkdaşlarına Iran hakimiyyətinin törətdiyi saysız-hesabsız cinayət əməli barədə faktları olduğunu deyib. Huşəng bildirib ki, döyüş idman növü ilə məşğul olan şəxsən tanıdığı bir nəfər Iran xüsusi xidmət orqanları tərəfindən qətl hadisəsində istifadə olunub. Həmin şəxs xüsusi xidmət orqanlarının tapşırığına əsasən, Təbrizdə demokratiya uğrunda mübarizə aparan 6 müxtəlif fəalı öldürüb. Təbrizli mühacirin sözlərinə görə, idmançı gənclərdən azərbaycanlıların keçirdiyi etiraz aksiyalarının dağıdılmasında və aksiyalarda xüsusi fəallıq göstərən şəxslərin zərərsizləşdirilməsində də geniş istifadə olunur.
Huşəng əlavə edib ki, təhlükəsizlik qüvvələri məlum “tarakan” olayına (Iran qəzetlərindən birində azərbaycanlıların tarakana bənzədildiyi karikaturanın dərci nəzərdə tutulur – red.) etirazla bağlı azərbaycanlıların keçirdiyi etiraz aksiyalarının dağıdılmasında və azərbaycanlıların qətlində də məhz həmin idmançı gənclərdən “faydalanıb”.
Siyasət şöbəsi
Wiki-Arxiv:
Heydər Babayev Şahin Mustafayevi “bacarıqsız” adlandırıb
ABŞ Əliyevlərin İranla işbirliyinin izinə düşüb
İlham Əliyev Rusiyaya təcavüzkar deyib
Heydərov Koreya şirkətini ölkədən necə qovub?
Ekologiya nazirinin ABŞ diplomatlarına açdığı sirr
“WikiLeaks”də Naxçıvan dəhşətləri
Samir Şərifovun ABŞ diplomatına korrupsiya etirafı
Elnur Aslanovu “nurçu”larla nə bağlayır?
“WikiLeaks” Cəlal Əliyevi ifşa etdi
İran-Ermənistan münasibətləri “WikiLeaks”də
Hakimiyyətdaxili savaş səfirin məxfi məktubunda
Bakıdakı “məmur toyxanası”nda insan alveri
“Qaçqınkom” sədri hakimiyyəti ifşa edib
Əliyev Saakaşvilidən niyə gileylənib?
Rail Rzayevin qətli barədə Vaşinqtona hansı məlumat verilib?
Gömrük şefi Əliyev komandasını satıb
Partiya sədrinin adı nazirin “maaş cədvəli”ndə
“Barmek”in cəzalandırılma səbəbi “WikiLeaks”də
İlham Əliyev ABŞ-a Fərhad Əliyev haqda nə deyib?
Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb
Əliyev Türkiyəyə yalançı və satqın deyib
İqtidardaxili savaşın şok detalları
XİN əməkdaşları İlham Əliyevi satıb
Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib
“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”
Əliyev Kramerlə nəyə görə savaşıb?
Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb
Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib
«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar
Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?
İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib
“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər
İlham Əliyevin sərvəti kimin adınadır?