Elnur Məcidlinin vəkilinin çıxışı

Elnur Məcidlinin müdafiəsi: (müdafiəçi Xalid Bağırovun çıxışı)

Məcidli Elnur Arzuman oğluna AR Cinayət Məcəlləsinin (bundan sonra CM) 233-cü maddəsi ilə ittiham verilmişdir. Həmin maddədə “İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə”yə görə məsuliyyət nəzərdə tutulmuşdur.

İttiham aktına görə Məcidli Elnur Arzuman oğlu cinayət əməllərini həyata keçirərkən, əlində olan əşya ilə vətəndaş Əliyeva Fəridə Elman qızının şəxsi mülkiyyətində olan Nizami küçəsi, 83 ünvanda yerləşən binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin Səməd Vurğun küçəsinə baxan ikiqat pəncərəsini vurub sındırmışdır. (ittiham aktının 4-cü vərəqi)

CM-nin 233-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulan cinayət əməli özündə müxtəlif xarakterli alternativ ictimai təhlükəli hərəkətləri nəzərdə tutur.

Digər tərəfdən E.Məcidliyə verilmiş ittihamın məzmununda olan “cinayət əməllərini törədərkən” ifadəsi tam mücərrəddir.

Belə olan təqdirdə E.Məcidliyə verilmiş ittihamın mahiyyətinin və töfsüfünün və digər sualların aydınlaşdırılması zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsi (bundan sonra CPM) təqsirləndirilən şəxsin ittihamın mahiyyətini bilməsi ilə bağlı aşağıdakı müddəaları nəzərdə tutur:

14.4. Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir.

91.5.1 Təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır.

92.9.1 Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müdafiəçinin şübhənin və ya ittihamın mahiyyətini bilmək hüququ vardır.

139.0.1 Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir.

232.4. Şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir

223.3.2 Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir.

224.2. Təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir.

289.3.1 Ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir.

324.3. Bundan sonra məhkəmə iclasında sədrlik edən təqsirləndirilən şəxsə aşağıdakıları izah edir:

324.3.1. ona qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini;

324.3.2. ona istinad edilən əməllərin hüquqi tövsifini və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı;

İbtidai istintaq zamanı Elnur Məcidli, nə 11 may 2011-ci il tarixdə şübhəli şəxs kimi saxlanılarkən, nə də 13 may 2011-ci il tarixdə təqsirləndirilən şəxs kimi cəlb olunub həbs edilərkən ona hüquq və vəzifələri izah edilsə də, ittihamın mahiyyəti izah edilməmişdir.

E.Məcidliyə yenidən ittiham elan edilməsi barədə qəbul edilmiş 17 iyun 2011-ci il tarixli qərarda ona ittihamın mahiyyətinin izah edilməsi barədə göstəriş olsa da, bu göstəriş də icra olunmamış və ona ittihamın mahiyyəti izah edilməmişdir

Məhkəmə istintaqının başlanmasında öncə qanunla nəzərdə tutulmuş qaydada ittihamın mahiyyəti E.Məcidliyə izah edilməli olduğundan, E.Məcidli tərəfindən məhkəməyə ittihamın mahiyyəti ilə bağlı aşağıdakı suallar ünvanlanmış və həmin suallara yazılı cavab verilməsi tələb olunmuşdur:

1. Mən hansı hərəkətlərdə ittiham olunuram:

a. İctimai qaydanı kobud surətdə pozan;

b. hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan;

c. nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətdə?

2. Həmin hərəkətləri bir qrup şəxs tərəfindən törədilməsində və ya həmin hərəkətlərdə fəal iştirak etməkdə ittiham olunuram?

3. Azərbaycan Respublikası CM-nin 233-cü maddəsi “fəal iştirak etmə” dedikdə nəyi nəzərdə tutur?

4. Mənə verilmiş ittihamda bu hərəkətlərdə fəal iştirak etməyim nədə ifadə olunub?

5. İctimai qaydanı kobud sürətdə pozan hərəkətdə ittiham olunuramsa, CM-nin 233-cü maddəsində qeyd olunan ictimai qaydanın kobud pozulması nə deməkdir və pozulmanın mühümlüyü nədir?

6. Mənim ictimai qaydanı kobud pozmağım nədə ifadə olunub?

7. CM-nin 233-cü maddəsində qeyd olunan ictimai qaydanı kobud pozulması ilə CM-nin 221.1-ci maddəsində qeyd olunan ictimai qaydanı kobud pozulmasından nə fərqi var? Niyə mənə o maddə ilə deyil, bu maddə ilə ittiham verilib?

8. Əgər hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan hərəkətdə iştirak etməkdə ittiham olunuramsa, hansı hakimiyyət nümayəndəsindən və onun hansı qanuni tələbindən söz gedir?

9. Əgər polisdən söz gedirsə, niyə mənə İXM-nin 310-cu maddəsi inzibati xətaya görə məsuliyyət verilmir? Onlar arasında fərq nədir?

10. Nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətdə ittiham olunaramsa, konkret bunların hansı birinin normal fəaliyyətini pozulmasında ittiham olunuram?

11. CM-nin yuxarıda qeyd olunanların normal fəaliyyətinin pozulması nəyi nəzərdə tutur?

12. Və mən bu pozulmanı hansı şəkildə etmişəm?

Lakin məhkəmə tərəfindən Elnur Məcidlinin bu suallarına cavab verilməmiş və ona nədə ittiham olunduğu tam aydın olmamışdır. Bu səbəbdən E.Məcidli məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etmişdir. Mövqeyini onunla əsaslandırmışdır ki, CPM-nin 233-cü maddəsinə görə təqsirləndirilən şəxs ona ittiham elan edildikdən sonra və elan olunmuş ittihamın mahiyyəti üzrə dindirilir, ona ittihamın mahiyyəti aydın olmadığı üçün o ifadə verməkdən imtina etmişdir.

Avropa İnsan hüquqları və Əsas Azadlıqlarının müdafiəsi Haqqında Konvensiyanın 6-cı maddəsinin pozuntusuna dair:

Konvensiyanın 6-cı maddəsinin 3a bəndinin, ittihamın mahiyyətini bilmə hüququnun pozulması:

Konvensiyanın 6-cı maddəsinin 3a bəndinə görə Elnur Məcidlinin ona verilmiş ittihamın mahiyyəti ətraflı məlumat almaq hüququ olmuşdur.

Avropa İnsan hüquqları və Əsas Azadlıqlarının müdafiəsi Haqqında Konvensiyasının (bundan sonra Avropa Konvensiyası) 6-cı maddəsinin 3 “a” bəndinə görə cinayət törətməkdə ittiham olunan hər kəs ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir.

Nəzərə alsaq ki, E.Məcidliyiə ittiham elan olunmuş CM-nin maddəsi mürəkkəb və mücərrəd tərkibli (qeyri-müəyyən olmuş və öncəgörən olmamış) və özündə bir sıra alternativ əməllərin törədilməsini ehtiva etmiş, həmçinin ittiham aktında E.Məcidlinin törətdiyi əməllərdə mücərrəd ifadələrdən istifadə olunmuş, konkret nədə ittiham olunduğu ona aydın olmamışdır.

Bu məsələnin aydınlaşdırılması üçün onun tərəfindən məhkəməyə konkret sualları əks etdirən yazılı müraciət olunmuşdur. Lakin qanunla bunun birbaşa onların vəzifələrinə aid olmasına baxmayaraq, nə birinci instansiya məhkəməsi, nə də daha öncə ibtidai istintaqı həyata keçirən orqan bunu ona izah etməmişlər. Ən azından iş materiallarında bunun izah edilməsi və yuxarıda qeyd olunan sualların E.Məcidli üçün cavablandırılması barədə hər hansı yazılı sübut olmamışdır.
Elnur Məcidlinin Konvensiyanın 6-cı maddəsinin 3a bəndində və 5-ci maddəsinin 2 bəndində olan hüquqları pozulmuşdur.

Həmin maddədə nəzərdə tutulan pozuntularla bağlı Avropa Məhkəməsinin bir sıra işlərində olan praktikanı (Kembell və Fell Birləşmiş Krallığa qarşı, Belçikaya qarşı və sairə işlərdə) ümumiləşdirdikdə belə qənaətə gəlmək olur ki, Elnur Məcidlinin ilkin mərhələdə ibtidai İstintaq zamanı ona verilmiş ittihamın mahiyyəti barədə ümumi qaydada məlumatlandılması yetərli olsa da, daha sonrakı mərhələdə, işin məhkəmə zamanı onun nədə ittiham olunması daha ətraflı bilmək hüququ olmuşdur və bü hüququn ona izah edilməsi lazımi qaydada sənədləşdirilməli idi.

SÜBUTLARIN QIYMƏTLƏNDIRILMƏSI:

Bundan əlavə Elnur Məcidliyə elan olunmuş ittiham siyasi sifarişli olduğundan onun cinayət hadisəsinə aidiyyəti qondarılmış və bu yöndə olan sübutlar Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının və cinayət prossesual qanunvericiliyinin kobud pozuntusu ilə əldə olunmuşdur.

Elnur Məcidlinə verilmiş ittiham (onun cinayət hadisəsinə aidiyyəti) 04 aprel 2011-ci il tarixli və 28 aprel 2011-ci il tarixli şahidi dindirmə protokolları, 04 aprel 2011-ci il və 05 aprel 2011-ci il tarixli baxış keçirilməsi haqqında protokolları, 11 may 2011-ci il tarixli və 28 aprel 2011-ci il tarixli şəxsin tanınması haqqında protokolları, 11 may 2011-ci il tarixli üzləşdirmə haqqında protokolları əsasında əldə olunmuş sübutlarla əsaslandırılmışdır.

04 aprel 2011-ci il tarixdə Nəsimi RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin əməkdaşları Dadaşov Sevindik Əzizağa oğlu və Atakişiyev Namus Hacı oğlu şahid qismində dindirilmiş və ifadələrində Nizami küçəsi, 83 ünvanda yerləşən binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin (“Eskulap” aptekinin) Səməd Vurğun küçəsinə

baxan ikiqat pəncərəsini “sındıran şəxsi” gördüklərini bildirmişlər və həmin şəxsin aşağıdakı kimi təsvir etmişlər.

Namus Atakişiyev : “Həmin oğlan nə çox alçaq boylu idi, nə də çox uca boylu deyildi. Orta boylu olardı. Ancaq bir az dolu oğlan idi”

Sevindik Dadaşov: “O qaraşın 20-25 yaşlarında cavan oğlan idi. Əynində qara kurtkası, cins şalvar var idi. … Boyu məndən 5-6 sm hündür olardı.” (c.i. 12-ci cild 1-6-cu vərəqlər)

04 aprel 2011-ci il və 05 aprel 2011-ci il tarixli baxış keçirilməsi haqqında protokollara əsasən faktiki olaraq Nəsimi RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin əməkdaşları Dadaşov Sevindik Əzizağa oğlu və Atakişiyev Namus Hacı oğluna baxış keçirmə adı altında ANS, Lider, Aztv və İctimai Tv-dən əldə olunmuş videogörüntülər təqdim edilmiş və onlar 02 aprel 2011-ci il tarixdə İctimai Palatanın keçirdiyi mitinq zamanı Əliyeva Fəridə Elman qızının şəxsi mülkiyyətində olan Nizami küçəsi, 83 ünvanda yerləşən binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin (“Eskulap” aptekinin) Səməd Vurğun küçəsinə baxan ikiqat pəncərəsini “sındıran şəxsi”, faktiki olaraq Elnur Məcidlini tanımışlar. 04 aprel 2011-ci il tarixdə keçirilən baxış saat 17.25-də başlamış və 23.20-də başa çatmışdır. (c.i. 12-ci cild 7-19-cu vərəqlər)

Bundan sonra, istintaq materiallarından görünür ki, şahid ifadələri və keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində “Eskulap” aptekinin şüşələrinin sındıran şəxsi guya Elnur Məcidli olması müəyyən edildikdən sonra, o 11 may 2011-ci ildə Nəsimi RPİ-yə dəvət olunmuşdur.

Həmin gün saat 17.25-dən başlayaraq saat 18.15-dək istintaq tərəfindən şahid qismində o gələcəkdə ona ittiham veriləcək xüsusatlarla bağlı dindirilmişdir. (c.i. 12-ci cild, 91-94 vərəqlər)

Ardından müstəntiqlər 11 may 2011-ci il tarixdə saat 18.45-dən başlayaraq 20.20-kimi təkrarən artıq Elnur Məcidlini Nəsimi RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin əməkdaşları Dadaşov Sevindik Əzizağa oğlu və Atakişiyev Namus Hacı oğluna tanınma üçün təqdim etmiş və sonuncular E.Məcidlini tanımışlar. (c.i. 12-ci cild, 95-102 vərəqlər)

Daha sonra, Elnur Məcidli saat 20.45-dən 22.05-ə kimi Dadaşov Sevindik Əzizağa oğlu və Atakişiyev Namus Hacı oğlu ilə üzləşdirilmişdir. (c.i. 12-ci cild, 103-106 vərəqlər)

Cinayət işinin materiallarından görünür ki, iş üzrə 28 aprel 2011-ci il tarixdə Zeynalov Elməddin Bayraməli oğlu şahid qismində dindirilmiş və göstərmişdir ki, “bir oğlan” görmüş, “oğlan qara kurtkada idi, cins şalvar geyinmişdi”, “cavan oğlan idi, yaşlı deyildi” və “ancaq sifəti və boybuxunu yadımdadı” (c.i. 12-ci cild 76-77-ci vərəqlər)

Üstündən bir ay sonra 27 may 2011-ci il tarixdə Elnur Məcidli Zeynalov Elməddin Bayraməli oğluna tanınmaq üçün təqdim edilmişdir. Elməddin Zeynalov Elnur Məcidlinin guya sifət cizgilərinə və quruluşuna görə tanımışdır. (c.i. 12-ci cild 155-157-ci vərəqlər)

Elnur Məcidlinin ümumiyyətlə cinayət hadisəsinə aidiyyəti, mötəbər, qanunun tələbinə uyğun əldə olunmuş, Konstitusiya və Konvensiyaya zidd olmayan üsullarla əldə olunmuş sübutlarla təsdiqina tapmamışdır.

Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar:

124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı;

124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir.

CPM-nin 139.0.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi yalnız sübutlara əsasən müəyyən edilir.

CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrinə görə İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.

CPM-nin 125.7-ci maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir.

CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

Azərbaycan Respublikası CPM-nin 323.3-cü maddəsinə əsasən məhkəmə iclasında sədrlik edən cinayət prosesi tərəflərinin sübut kimi yolverilməz olan sənədlərin məhkəmə baxışından xaric edilməsi haqqında vəsatətlərinin olub-olmamasını aydınlaşdırmalıdır.

Azərbaycan Respublikası CPM-nin 323.5.2-ci maddəsinə əsasən sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə, məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir.

CPM-nin 323.7-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə şahidlərin məhkəmə iclasına çağırılması, ekspertizanın təyin edilməsi, başqa sübutların tələb edilməsi, habelə məhkəmə baxışından yolverilməz sənədlərin xaric edilməsi haqqında qərar çıxarmaq hüququna malikdir.

Sübutların yolverilməzliyi:

Elnur Məcidli barəsində əldə olunmuş tanınma, baxış, üzləşdirmə və şahid ifadələri əsasında müəyyən edilən sübutlar aşağıdakı qanun pozuntusu ilə əldə olunmuşdur.

Baxışın gecə vaxtı keçirilməsi

1) Azərbaycan Respublikası CPM-nin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır.

Həmin Məcəllənin 236.2-ci maddəsinə əsasən hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır.

Göründüyü kimi keçirilən baxış hadisə yerinə olmamış və o baxımdan gündüz keçirilməli idi.

Lakin 04 aprel 2011-ci il tarixdə keçirilən baxış saat 17.25-də başlamış və 23.20-də başa çatmışdır.

Baxış və tanınmaların təkrarlığı və saxtalaşdırılması:

2) -Azərbaycan Respublikası CPM-nin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin

törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır.

Göründüyü kimi Qanunvericilikdə istintaq hərəkəti kimi baxış- hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını nəzərdə tutur.

Şəxsin müəyyən edilməsi üçün videodisklərdə olan video görüntülərə baxış keçirilməsi baxış hesab edilə bilməz. İstintaq tərəfindən 04 aprel 2011-ci il və 05 aprel 2011-ci il tarixdə Dadaşov Sevindik Əzizağa oğlu və Atakişiyev Namus Hacı oğlunun iştirakı ilə keçirilən bu hərəkətlər faktiki olaraq CPM-nin 239-cu maddəsində nəzərdə tutulmuş şəxsin tanınması hərəkəti olmuşdur.

Azərbaycan Respublikası CPM-nin 239.1-ci maddəsinə əsasən hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir.

Bundan sonra, istintaq tərəfindən 11 may 2011-ci il tarixdə təkrarən artıq Elnur Məcidlini Nəsimi RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin əməkdaşları Dadaşov Sevindik Əzizağa oğlu və Atakişiyev Namus Hacı oğluna tanınma üçün təqdim etmişdir. (c.i. 12-ci cild, 95-102 vərəqlər)

Bundan əlavə Sevindik Dadaşov məhkəmə zamanı ifadə verərkən göstərmişdir ki, o 02 aprel 2011-ci il tarixdə baş verən hadisələrlə bağlı raport yazmamış və raportu ondan rütbəcə yuxarı şəxs olan Namus Atakişiyev yazmalı idi. O, həmin gün fəal görünən E.Məcidlini Sahil bağı tərəfindən bir dəstə adamla səki ilə gələrkən müşahidə edib, həmin dəstə Nəsimi Heykəlinin yanına gələndən sonra, qaçaraq küçəni Nizami küçəsi istiqamətə keçmiş və bu 2-3 saniyə çəkmişdir. O küçəni qaçıb keçənədək yol artıq bağlanmışdı. Həmin şəxsi ona tanınmaya təqdim etməkdə öncə ona Elnur şəkili təqdim olunmuş, daha öncə isə videogörüntülərə baxış keçirilərkən onu tanımışdır. Bütün bunlardan sonra, onu canlı tanıması çətin deyil, asan olmuşdur. Onun videogörüntülərə baxışı 30 dəqiqə çəkmişdir. (istintaq protokollarına görə bu müddət 6 saat çəkib). Onun şüşəsini qırdığı aptek fəaliyyət göstərmirdi.

Sevindik Dadaşovun məhkəmə ifadələrindən göründüyü kimi, E.Məcidlinin ona tanınmaq təqdim edilməsi sadəcə “fars” olmuşdur. Belə ki, ona bu tanınmadan öncə onun şəkili təqdim edilmiş və bundan onu tanıması asan olmuşdur.

Azərbaycan Respublikası CPM-nin 239.8-ci maddəsinə görə şəxsin eyni şəxs tərəfindən və eyni əlamətlər üzrə tanınması aparıla bilməz.

Məhkəmə Sevindik Dadaşovun məhkəmə baxışı ifadələrindən sonra, bizim vəsatətimiz əsasında onun Elnur Məcidli tanıması barədə protokolu işdən xaric etsə də, həmin tanınmanın davamı olan Elnur Məcidlinin onunla üzləşdirilməsi barədə protokolları işdən xaric etmişdir.

Konvensiyanın 6-cı maddəsinin 3c bəndinin (müdafiə hüququnun) pozulması:

3) Bundan əlavə Azərbaycan Respublikası CPM-nin 90.1-ci maddəsinə əsasən ittiham elan olunması üçün barəsində tutulma haqqında qərar çıxarılmış şəxs, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs və haqqında həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılmış şəxs şübhəli şəxs qismində tanınır.

Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna

olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

Normativ-hüquqi aktlar haqqında qanunun 23.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir. Həmin Qanunun 23.2-gi maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına münasibətdə hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsi ilə müəyyən edilir.

Həmin Qanunun 23.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir.

Həmin Qanunun 23.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 5 saylı 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir.

Avropa məhkəməsi Avropa İnsan hüquqları konvensiyasının 6-cı maddəsinin “ittiham olunan şəxs” və “ittiham” anlayışına milli qanunvericilikdə verilmiş mənadan asılı olmayaraq muxtar və daha geniş məna vermişdir. Deveyer Belçikaya qarşı işində “ittiham” anlayışına formal deyil, məzmunlu mənada yanaşılmalıdır. Bu və özünün bir sıra qərarlarında qeyd etmişdir ki, təkcə formal olaraq onlara ittiham elan olunmuş və şübhəli şəxs kimi tanınmış şəxslər deyil, həmçinin rəsmi orqanlar tərəfindən onlara qarşı edilmiş faktiki olaraq şübhəli olduqlarını güman etməyə əsas verən hərəkətlər (məsələn şəxsin üzərinə baxış, evin axtarışı və sairə) edilmiş şəxslər də “cinayət törətməkdə ittiham olunan şəxs”lər kateqoriyasına aid olunurlar. (Foti və başqaları İtaliyaya qarşı işi və digər işlər)

İstintaq materiallarından görünür ki, 04 aprel 2011-ci il tarixdə şahid ifadələri, baxış və keçirilən istintaq, əməliyyat axtarış tədbirləri nəticəsində “Eskulap” aptekinin şüşələrinin sındıran şəxsi guya Elnur Məcidli olması müəyyən edildikdən sonra, o 11 may 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsinə dəvət olunmuşdur.

Həmin gün saat 17.25-dən başlayaraq saat 18.15-dək istintaq tərəfindən şahid qismində o gələcəkdə ona ittiham veriləcək xüsusatlarla bağlı dindirilmişdir və həmin dindirilmə zamanı ona qanunpozmuş şəxs kimi, onun təqsirinə aid aşağıdakı suallar verilmişdir.

“Siz 02 aprel 2011-ci il tarixində özlərini “İctimai Palata” adlandıran bir qrup müxalifət partiyası üzvlərinin keçirdiyi icazəsiz mitinqdə iştirak etmisinizmi? Əgər iştirak etmisinizsə, bunda məqsədiniz nə olmuşdur və bu barədə sizə kim bildirmişdir?”

“Toplantının rəsmi icazəli olub-olmaması barədə məlumatınız olmuşdurmu, əgər olmuşdursa hansı səbəbə görə həmin toplantıda iştirak etmisiniz? Sizin qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında 01.04.2011-ci il tarixli rəsmi xəbərdarlıqdan məlumatlısınızmı, müsbət halda kimin tərəfindən məlumatlandırılmısınız?”

“İctimai qaydanın, nəqliyyatın, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərinizin dayandırılması hakimiyyət nümayəndələri tərəfindən Sizdən tələb olunarkən nə üçün, hansı məqsədlə həmin tələblərə tabe olmadınız və qanunsuz hərəkətlərinizi dayandırmadınız?”

“02 aprel 2011-ci il tarixində saat neçədə aksiyada iştirak etmək üçün haraya gəlmisiniz və bu zaman hansı istiqamətlər hərəkət etmisiniz? Aksiyada iştirakınız konkret hansı formada olubdur?”

“Həmin vaxt qeyd etdiyiniz şəraitdə aksiya iştirakçıları tərəfindən tədbir keçirilən ərazidə ətrafda yerləşən mağaza, tikili, bina və sair obyektlərə, həmçinin oradakı avtomaşınlara zərər yetirilməsi barədə nə deyə bilərsiniz?”

Bu cür suallar verilməsinə baxmayaraq ona özünə qarşı ifadə verməmə hüququnun olması, ifadə verməyin vəzifə deyil, artıq hüququ olması və müdafiəçidən istifadə etmə hüququnun olması izah edilməmiş, o, müdafiəçi ilə təmin edilməmişdir.

İfadəsi alındıqdan sonra, Elnur Məcidli müstəntiq tərəfindən şübhəli şəxs qismində saxlanılacağı ilə bağlı məlumatlandırılsa da, yenə də ona müdafiəçi təqdim olunmamışvə hüquqları izah olunmamışdır.

Ardından saat 18.45-dən başlayaraq 20.20-yə kimi o tanınmaq üçün Dadaşov Sevindik Əzizağa oğlu və Atakişiyev Namus Hacı oğluna təqdim olunmuşdur. (c.i. 12-ci cild, 91-102 vərəqlər)

Hesab edirik ki, Elnur Məcidli 11 may 2011-ci il tarixdə Nəsimi RPİ-yə dəvət olunduqda, gələcəkdə ona ittiham veriləcək xüsusatlarla bağlı şahid qismində dindirildikdə və tanınmaya təqdim olunduqda artıq onun şahiddən çox, şübhəli şəxs olması bəlli idi və ona verilən suallar da, şahidə deyil, cinayət törətməkdə şübhəli olan şəxsə verilən suallar olmuşdur. Çünki, o artıq şüşəni qıran şəxs kimi polislər tərəfindən guya videoya baxış zamanı tanınmış və onun tanınmaya təqdim olunması formal xarakter daşımışdır. Bu baxımda E.Məcidli Avropa Konvensiyasının 6-cı maddəsinin mənasına görə şübhəli şəxs (ittiham olunan şəxs) olmuş və həmin andan da onun Konvensiyanın 6-cı maddəsində və CPM-də şübhəli şəxslər üçün nəzərdə tutulan hüquqlardan, müdafiəçinin yardımından istifadə etmə hüququ olmuşdur. Lakin müdafiəçisiz olaraq bir sıra digər prossual hərəkətlərində iştirak etmək zorunda qalmışdır.

Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “c” yarımbəndinə əsasən müdafiəçi ilə təmin olunmaq hüququ olmuşdur.

CPM-nin 232.2-ci maddəsinə əsasən şübhəli şəxsin tutulduğu halda o, öz ifadələrini müdafiəçinin iştirakı ilə vermək hüququna malikdir.

CPM-nin 239.2-ci maddəsinə əsasən müstəntiq təqsirləndirilən və ya şübhəli şəxsin tanınmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir.

CPM-nin 235.2-ci maddəsinə əsasən üzləşdirmə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müstəntiq həmin istintaq hərəkətinin aparılmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir.

Bununlarla yanaşı CPM-nin 90.7.1-ci maddəsinə əsasən şübhəli şəxsin nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu — ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi); tutulduğu halda tutulmanın

əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüquqları olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin I bəndinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

Tanınmanın kifayət qədər əlamətlər sorulmadan keçirilməsi:

4) Azərbaycan Respublikası CPM-nin 239.1-ci maddəsinə əsasən hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir.

CPM-nin 239.5-ci maddəsinə əsasən tanınmalı olan şəxs tanıyana azı 3 (üç) nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir.

Namus Atakişiyev şahid qismində dindirilmiş və göstərmişdir ki, “Həmin oğlan nə çox alçaq boylu idi, nə də çox uca boylu deyildi. Orta boylu olardı. Ancaq bir az dolu oğlan idi” (c.i. 12-ci cild, 4-6 vərəqlər)

Sevindik Dadaşov şahid qismində dindirilmiş və göstərmişdir ki, “O qaraşın 20-25 yaşlarında cavan oğlan idi. Əynində qara kurtkası, cins şalvar var idi. … Boyu məndən 5-6 sm hündür olardı.” (c.i. 12-ci cild, 1-3 vərəqlər)

Zeynalov Elməddin Bayraməli oğlu şahid qismində dindirilmiş və göstərmişdir ki, “bir oğlan” görmüş, “oğlan qara kurtkada idi, cins şalvar geyinmişdi”, “cavan oğlan idi, yaşlı deyildi” və “ancaq sifəti və boybuxunu yadımdadı” (c.i. 12-ci cild 76-77-ci vərəqlər)

Üstündən bir ay və daha artıq müddət keçdikdən sonra Elnur Məcidli həmin şəxslərə tanınmaq üçün təqdim edilmişdir və onlar Elnur Məcidlinin guya sifət cizgilərinə və quruluşuna görə tanımışlar. (c.i. 12-ci cild 95-102, 155-157-ci vərəqlər)

Göründüyü kimi şahidlər Elnur Məcidli onlara tanınmaq üçün təqdim edilmədən öncə dindirilsə də, onlar E.Məcidlinin xarici görkəmi, əlamətləri, sifət cizgiləri və bədənquruluşu barədə heç bir şey göstərməmişdir.

Yalnız şahid Namus Atakişiyev gördüyü adamı “orta boylu olardı. Ancaq bir az dolu oğlan” kimi xarakterizə etsə də, tanınmanın fotoşəkillərindən görünür ki, tanınma zamanı ona bir dolu oğlan kimi yalnız Elnur Məcidli təqdim olunmuş, qalan şəxslər açıq aşkar arıq olmuşlar.

Azərbaycan Respublikası CPM-nin 239.8-ci maddəsinə görə tanıyan qeyri-müəyyənliyinə görə tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab edilə bilməz.

Göründüyü kimi müdafiəçi olmadan və digər hüquqları izah edilmədən Elnur Məcidlinin dindirilməsi, tanınması və üzləşdirməsi aparıldığından cinayət prossesual qanunvericiliyin kobud pozuntusuna (tanıyan şəxs tanınan şəxsin kifayət qədər əlamətləri göstərilmədən, təkrar tanınmaya təqdim edilməklə, tanıyan şəxsə tanınmaya fərqli əlamətlərə malik şəxslər təqdim edilməklə və sairə) yol verilmiş və E.Məcidli konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqları məhdudlaşdırılaraq onun barəsində sübutlar əldə olunmuşdur.

Müdafiə tərəfi olaraq həmin sübutların (Sevindik Dadaşovla bağlı tanınma hərəkəti istisna olmaqla) CPM-nin 323-cü maddəsinə əsasən xaric edilməsi barədə 09 avqust 2011-ci il tarixdə vəsatətimiz məhkəmə tərəfindən təmin olunmamışdır.

Əlavə sübutların qiymətləndirilməsi:

İttiham tərəfinin sübutlarından digəri 4 Azərbaycan Televiziyası (ANS, Lider, AzTv və İctimaiTv) tərəfindən çəkilən videogörüntülər təşkil etmiş, həmin görüntülər 19 epizoddan ibarət və ümumi uzunluğu 3 saat 46 dəqiqə 27 saniyə olmuşdur. (Cinayət işinə nədənsə cəmi 20 dəqiqəyə yaxın hissəsi təqdim edilmişdir.) Bu görüntülər arasında Elnur Məcidli yalnız 10 saniyə yaxın görüntülərdə çəkilmiş, həmin görüntülərdə də o, əli-cibində yeriyərkən görünür və hətta o, başqa yüzlərlə aksiya iştirakçılarından heç nə seçilmir. Azərbaycan Respublikası CM-nin 233-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təşkil edən hərəkətlərdə fəal iştirakın nədən ibarət olması müəyyən edilmir.

İttiham tərəfinin şahidləri olan Çevik Polis Alayının əməkdaşları-polislər Mehdiyev Taleh Əsgər oğlu, Məmmədov İlqar Vaqif oğlu, İbrahimli Nicat Əfqan oğlu, Əhmədov Aydın Abbas oğlu və Mirzəyev Ağarəzim Feyzi oğlu ibtidai istintaq zamanı və məhkəmədə Eskulap aptektinin şüşəsini qıran şəxsi gördüklərini göstərsələrdə, həmin şəxsin Elnur Məcidli olmasının müəyyən edilməsi barədə hər hansı istitaq hərəkəti aparılmamışdır.

Konvensiyanın 6-cı maddəsinin 1-ci bənindin, ədalətli məhkəmə araşdırılması hüququnun (tərəflərin bərabərliyi və çəkişmə prinsipi) və 6-cı maddənin 3d bəndinin (əleyhinə ifadə vermiş şahidi dindirmək və özünün şahidlərini çağıraraq dindirməyə nail olmaq) pozulması:

5) Bundan əlavə, məhkəmə zamanı cinayət təqibinin və ədalət mühakiməsinin ən əsası prinsiplər tərəflərin bərabərliyi və çəkişmə prinsipi pozulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir.

Konstiutsiyanın 127-ci maddəsinin

II bəndinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

IV bəndinə görə ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

VII bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

6-cı maddənin 3d bəndinə görə cinayət törətməkdə ittiham olunan hər kəs ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırmaqla dindirməyə nail olmaq hüququna malikdir.

CPM-nin 7.0.19-cu maddəsinə görə cinayət prosesinin tərəfləri — çəkişmə və hüquq bərabərliyi əsasında cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən cinayət prosesinin iştirakçılarıdır.

CPM-nin 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.

CPM-nin 11.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir.

CPM-nin 19.4.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun

əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüququnu təmin etməlidir.

CPM-nin 32.1-ci maddəsinə görə Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir.

CPM-nin 32.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə

32.2.2. hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir;

32.2.3. ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir;

32.2.4. müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir;

32.2.5. hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir;

32.2.6. məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir;

32.2.7. məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə.

CPM-nin 299.4.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutlar siyahısı və məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir.

CPM-nin 299.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı məhkəmə yalnız işə aid olmayan və ya yolverilməz hesab etdiyi halda sübutların təqdim edilməsi ilə bağlı vəsatətləri rədd etmək hüququna malikdir. İttiham tərəfinin təqdim etdiyi bu sübutu qəbul etməməli və rədd etməlidir.

Azərbaycan Respublikası CPM-nin 323.1-ci maddəsinə əsasən məhkəmə istintaqına başlamazdan əvvəl məhkəmə iclasında sədrlik edən növbə ilə cinayət prosesi tərəflərindən hər birinin aşağıdakı məsələlərə dair vəsatətlərinin olub-olmamasını aydınlaşdırır:

323.1.1 yeni sübutların tələb edilməsi və cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə əlavə edilməsi haqqında;

323.1.2 əlavə şahid, ekspert və ya mütəxəssisin çağırılması haqqında;

323.1.3 ekspertizanın təyin edilməsi haqqında;

323.1.4 maddi sübutların və sənədlərin tələb edilməsi haqqında

Həmin Məcəllənin 323.2-ci maddəsinə əsasən vəsatət vermiş şəxs hansı halların müəyyən edilməsi üçün əlavə sübutların zəruri olduğunu göstərməlidir.

Azərbaycan Respublikası CPM-nin 323.5.1-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə vəsatət qaldırıldıqda məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir.

Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yalnız o şahid ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun.

İbtidai istintaq zamanı Elnur Məcidliyə qarşı ifadə vermiş əsas şahidlər ikisi Namus Atakişiyev və Elməddin Zeynalov olmuşlar.

Namus Atakişiyev məhkəməyə dəvət olunsa da, onun digər təqsirləndirilən şəxs R.Hacıbəylinin müdafiəçisi tərəfindən dindirilməsi zamanı mübahisə düşmüş və hakim məhkəmə iclasını dayandıraraq müşavirəyə getmiş, qayıtdıqdan vəkilin prosesdən kənarlaşdırılması barədə qərar qəbul etmiş və məhkəmə iclasını təxirə salmışdır. Namus Atakişiyev dindirilmə növbəsi bizə çatmadığından onu dindirə bilməmişik. Növbəti iclasa o, bir daha dəvət olunmamışdır.

Digər şahid Elməddin Zeynalov isə ümumiyyətlə məhkəməyə gəlməmişdir.

Onların dəvət edilməsi barədə vəsatətimiz məhkəmə tərəfindən təmin edilməmişdir. Lakin birinci instansiya məhkəməsi yanlız Elməddin Zeynalovla bağlı sübutları onun məhkəməyə gəlmədiyindən məhkəmə kənarda saxlamış və onlara istinad olmayacağı barədə qərar qəbul etmişdir.

Namus Atakişiyevin ifadələrinə istinad olunması hesab edirik ki, Elnur Məcidlinin Konvensiyanın 6-cı maddəsinin 3“d” bəndində təsbit olunmuş hüquqlarının pozulması hesab olunmalıdır.

Həm hazırlıq iclasında (29.07.2011-ci il tarixdə), həm də məhkəmə baxışı (09 avqust 2011-ci il tarixdə) zamanı CPM-nin bizə verdiyi imkandan istifadə edərək müdafiə tərəfi olaraq məhkəməyə öz sübutlarımızın siyahısını təqdim etdik. Həmin sübutları şahid ifadələri, ekspertizanı təyin edilməsi, videogörüntülərin tələb edilməsi və sairə olmuşdur.

* 02 aprel 2011-ci il tarixdə baş vermiş hadisələrin səbəbləri, xarakteri və inkişafı ilə bağlı kifayət qədər məlumatlar verə biləcək vəzifəli şəxslərin (Daxili İşlər Naziri Ramil Usubov (O, 02 aprel 2011-ci ildən əvvəl televiziya ilə çıxış edərək provakativ şəkildə, aksiya keçirmək qüvvələri hədələmişdi), Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov (kütləvi aksiyaların keçirilməsinə qanunsuz olaraq imtina məktubu vermişdir), Bakı şəhər Prokuroru Əziz Seyidov (o hələ 02 aprel 2011-ci il tarixdən öncə televiziya ilə çıxış edərək kütləvi aksiya ilə bağlı cinayət işi başlanacağını bildirmişdir. Həmin aksiya zamanı cinayət hadisəsinin olacağını əvvəlcədən şübhəli olaraq bilmişdir), mitinqin zorakılıqla dağıdılmasında iştirak etmiş qurumlar Çevik Poli Alayının rəisi Söhlab Bağırov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və qeyrilərinin), 02 aprel 2011-ci il tarixli mitinqdə Elnur Məcidli ilə yanaşı iştirak etmiş digər mitinqçilərin (AXCP gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, AXCP və digər partiya və təşkilatları təmsil edən Hacıbəyli Ayxan Vaqif oğlu, Ceyhun Nəbiyev və qeyrilərinin) dindirilməsi ilə bağlı vəsatət versək də, məhkəmə tərəfindən vəsatət təmin olunmamışdır. * http://www.youtube.com/watch?v=IBWUJZq0soc&feature=player_embedded linkində (KİV materiallarında) olan video görüntüdəki mitinqdə şüşəni qırmış şəxsin Məcidli Elnur Arzuman oğlu olması barədə kompleks məhkəmə portret və kriminastik ekspertizası təyin ediməsi barədə vəsatət versək də, vəsatət təmin edilməmişdir.

* Mitinq keçirilən və hadisənin baş verdiyi ərazidə quraşdırılmış TŞ-012 kamerasının görüntüləri olsa da, həmin görüntülər cinayət təqibinə təqdim edilməmiş və müxtəlif bəhanələrlə dövlət orqanları tərəfindən ədalət mühakiməsindən gizlətilmişdir.

Məhkəmə yalnız müdafiə tərəfinin dindirilməsini tələb etdiyi şahidlər aksiyada iştirak etmiş Əbülfəz Qurbanlını və Ceyhun Nəbiyevi dindirmişdir.

Avropa Məhkəməsi ilə president hüququ ilə Konvensiyanın 6-cı maddəsinin 3d bəndini şərh edərkən qeyd etmişdir. Həmin maddədə nəzərdə tutulan hüquq mütləq hüquq deyil. Cinayət prosessini həyata keçirən orqan işə aidiyyəti olmayan şahidləri çağırmaya bilər. Müdafiə tərəfi özünün şahidlərinin dindirilməməsi onun müdafiəsinə və işinə ziyan vura biləcəyini sübut etməlidir (X. İsveçrəya qarşı işi). Həmçinin ittihamın istinad olduğu ifadələr çəkişmə prinspinə əməl etməklə təqsirləndirilənin iştirakı ilə alınmalıdır. (Barbera və başqaları İspaniyaya qarı). Yalnız müstəsna hallarda təqsirləndirilən şəxs çarpaz dindirmədən məhrum edilə bilər. Avropa Məhkəməsi praktiki olaraq bir neçə halda bu müstəsna hallar barədə nümunələr göstərmişdir. Bunlar dindiriləcək şəxsin xəstəliyi və ölümü (Brimon Belçikaya qarşı), sübutların onun yazılı ərizəsi ilə əldə olunması, qisas təhlükəsinin olması və sairədir.

Müdafiə tərəfi kimi, bu ittihamı birinci gündən Elnur Məcidli Konvensiyanın 11-ci maddəsinlə təsbit olunan sərbəst toplaşma azadlığa müdaxilə olduğunu iddia etmişik və müdaxilənin qanuniliyini yoxlamaq üçün məhkəmə iclasında adları yuxarıda qeyd olunan məmurların dindirilməsi zəruri olmuşdur. Onların dindirilməməsi nəticəsində təqsirləndirilən şəxs, onun sərbəst toplaşma azadlığa müdaxilənin Konvensiyanın məqsədlərinə uyğun, qanunda nəzərdə tutulan və demokratik cəmiyyət zəruri olmamasını sübut etmək imkanından məhrum olmuşdur.

Digər tərəfdən isə birinci instansiya məhkəməsi şahid Namus Atakişiyevin məhkəməyə çağıraraq Elnur Məcidli və müdafiəçisi tərəfindən dindirilməsi barədə vəsatətimizi rədd edərkən onun hansı müstəsna səbəblərdən rədd etməsini əsaslandırmamışdır.

Beləliklə məhkəmə tərəfindən məhkəmə istintaqı bir tərəfli aparılmaqla, çəkişmə prinsipi və tərəflərin bərabərliyi prinsipi və ədalət məhkəmə baxışı təmin olunmamışdır.

CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir.

Konvensiyanın 6-cı maddəsinin 1 bəndinin, ədalət məhkəmə araşdırılması hüququnun (ittihamın yalnız yolverilməz sübutlara əsaslanması) pozulması:

Həmçinin nəzərə alınmalıdır ki, Elnur Məcidlinin cinayət hadisəsinə aidiyyəti qanunun tələbinə zidd üsullarla və E.Məcidlinin hüquqlarının pozulması ilə əldə oluğundan, yolverilməz olan sübutlar (CPM-nin 33.2, 124, 125.2 və 139.0.2-ci) əsasında müəyyən edildiyindən və bu sübutların cinayət işindən kənarlaşdırılmalı olduğundan (CPM-nin 323.2 maddəsi), E.Məcidli barədə cinayət işinin icraatına CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir.

CPM-nin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

Avropa Məhkəməsinin mövqeyinə görə sübutların qiymətləndirilməsinin, onların yolverilməzliyinin və ya qəbul edilənliyinin araşdırılması məsələsi daxili qanunvericilik məsələsi olmaqla milli məhkəmələrin səlahiyyətinə aiddir.

Lakin Avropa Məhkəməsi Şenk İsveçrəyə qarşı və bir sıra digər işdə müəyyən etmişdir ki, məhkəmə qərarının yalnız qanunsuz sübutlar istinad edən ittihamın 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə cavab verməməsini müəyyən etmişdir.

Hazırki, iş üzrə ittiham (E.Məcidlinin cinayət hadisəsinə aidiyyəti) yalnız iki polis əməkdaşı və bir digər şahidin onun cinayət hahisəsini törədən şəxs tanımaları və onunla üzləşmələrinə əsaslanmışdır ki, həmin istintaq hərəkətləri də daxili qanunvericiliyin kobud pozuntusu ilə həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə bu sübutlardan iki şahid (Sevindik Dadaşov və Elməddin Zeynalov) ilə bağlı sübutlar artıq

məhkəmə araşdırmasının predmetini təşkil etmir. Belə olan təqdirdə Elnur Məcidlinin cinayət hadisəsinə aidiyyətini təsdiq yeganə sübutlar Namus Atakişiyevlə bağlı sübutlardır.

Beləliklə ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı E.Məcidlinin Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində və 3-cü bəndinin a, b və d yarımbəndlərində təsbit olunmuş hüquqları pozulmuşdur.

Cinayətin tövsüfü:

Bu baxımdan ittihamın mahiyyəti tam bizə aydın olmadığı üçün tövsüf baxımdan ümumi mövqeyimizi bildirmək məcburiyyətindəyik.

1) cinayətin tərkibini yaradan hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmama hərəkəti- Elnur Məcidli tərəfindən kimi və hansı əmrinə tabe olmadığı ittiham və sübutlardan görünmür.

2) yaxud nəqliyyatın fəaliyyətin pozulmasına səbəb olan konkret hərəkətləri nədən ibarət olmuşdur və işdə adları keçən 14, 20, 90, 95, 125, 276 və 332 saylı marşurutlardan hər hansı birinə qarşı yönəlməsi ittihamdan görünmür.

3) Bunun hansı küçədə edilməsi (cinayətin yeri) ittihamda yoxdur.

4) Əksinə şahid kimi ifadə verən şəxslər E.Məcidlinin küçənin bir neçə saniyəyə qaçıdığını göstərmişlər. Bundan əlavə bir nəfər şəxs təkbaşına avtomaşının nəqliyyatın yolunu kəsə bilməz. Digər şəxslərlə birlikdə küçənin ortasında olmaqla yolu kəsmiş olsaydı belə, ya küçədə olan hər kəs bunu ümumi bir başa qəsdlə etməli və ya orada olan bir nəfər şəxsin hərəkəti bir başa qəsd kimi yozulmamalı idi. Əslində aksiyada iştirak edən şəxslərin hərəkətlərindən görünür ki, bu maşınların yolunu kəsmək kimi niyyətdən söz belə gedə bilməz. Bu şəxslərin hərəkətində bir başa qəsdin olması üçün bu şəxslər nəqliyyatın yolunu kəsməyə yönəlmiş bir başa qəsdlə hərəkətlər etmə idilər. Məsələn yolun ortasına barikada qurmalı avtomaşınların benzin baklarını qırıb benzini boşaltmalı idilər.

5) müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər- Elnur Məcidlinin fəaliyyətin pozulmasına səbəb olan hərəkətlərin nədən ibarət olması hansı müəssisə, idarə və təşkilata qarşı yönəlməsi ittihamdan və sübutlardan görünmür.

6) Əgər Elnur Məcidlinin Eskulap Aptekinin şüşəsini qırmaqla həmin müəssisənin fəaliyyətini pozulması nəzərdə tutulursa, o zaman məhkəmə baxışı zamanı müəyyən olundu ki, Eskulap apteki ümumiyyətlə fəaliyyətə başlamamışdı.

7) Bundan əlavə nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər dedikdə blanket norması başa düşülməlidir. Yəni həmin obyektlərin fəaliyyətini nizamlayan normativ hüquqi aktlarda müəyyən edilən qaydaları pozma, belə olan halda Elnur Məcidlinin hansı normativ hüquqi aktın tələbini pozması da müəyyən edilmir.

8) Bundan əlavə qeyd olunan cinayətin tərkibinin ən əsas əlaməti bu hərəkətlərdə fəal iştirak etmədir. Məhkəmə iclas zamanı bir dənədə olsun Elnur Məcidlini videogörüntülərdən gördüyümüz digər şəxslərdən fərqləndirən bir sübut görünmədi. Əksinə 4 saatlıq videogörüntülərin yalnız 10 saniyəsinə düşməsi və onda da əli cibində görüntülənməsi onun nə dərəcədə “fəal” olmasının sübutudur.

Bundan əlavə hazır ki, cinayət işi Elnur Məcidlinin Avropa Konvensiyasının 5 və 11-ci maddəsində nəzərdə tutulmuş hüquq və azadlqlarına müdaxilə kimi qəbul edilməlidir.

Konvensiyanın 11-ci maddəsinin pozulması:

Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.

Həmin maddənin 2-ci bəndinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz.

Azərbaycan Respublikası Konstiutsiyasının 49-cu maddəsinin I bəndinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

Həmin maddənin II bəndinə əsasən hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

İnsan hüquqları haqqında bəyanamənin 21-ci maddəsinin 1-ci bəndinə əsasən hər bir şəxs dinc yığıncaqlar və assosiasiyalar azadlığı hüququna malikdir.

Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq paktın 21-ci maddəsinə əsasən dinc yığıncaqlar hüququ tanınır. Bu hüquqdan istifadəyə qanunda nəzərdə tutulan və dövlət və ya ictimai təhlükəsizlik, ictimai qayda, əhalinin sağlamlığı və mənəviyyatı yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi mənafeyi üçün demokratik cəmiyyətdə zəruri olanlardan başqa məhdudiyyət qoyula bilməz.

Avropa məhkəməsi dəfələrlə qərarlarında vurğulayıb ki, dövlət Konvensiyanın 11-ci maddəsində təsbit edilmiş hüquqlara həm neqotiv, həm də pozitiv müdaxilədən yayınmalıdır. Konvensiyanın 11-ci maddəsi mütləq hüquqları nəzərdə tutmadığından Avropa məhkəməsi dəfələrlə qeyd etmişdir ki, dövlətlərin bu hüququ müdaxilə imkanları konvensiyaya uyğundur və bu müdaxilə:

1) “qanunda nəzərdə tutulmuş” olmalı,

2) konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində təsbit edilmiş məqsədələrə cavab verməli,

3) bu məqsədlərə nail olmaq üçün «demokratik cəmiyyətdə zəruri olan» olmalıdır.

Bir çıra müxalif partiyaları və müstəqil şəxsləri birləşdirən “İctimai palata” (bundan sonra İP) adlanan qurum 02 aprel 2011-ci il tarixdə “Xalq köklü islahatlar tələb edir” şuarı ilə mitinq keçirməsi barədə qərar vermişdir. İP-nin 23 mart 2011-ci il tarixli sesiyasında 02 aprel mitinqinin qətnaməsi qəbul edilmişdir.

Qətnamədə 02 aprel 2011-ci il tarixdə keçiriləcək aksiyanın dinc olması xüsusi vurğulanaraq deyilir ki, hakimiyyət imitasiya siyasətindən əl çəkməli, təcili real siyasi-iqtisadi islahatlar həyata keçirməli, korrupsiya və rüşvətxorluqla məşğul olan yüksək vəzifəli məmurları istefaya göndərməlidir: “Mitinq iştirakçıları dünya xalqlarının azadlıq hərəkatlarını alğışlayaraq, azərbaycan vətəndaşlarının iradə , istək və tələblərini ifadə edərək, cəmiyyətin maraq və mənafelərini əsas tutaraq, demokratiyanı vətəndaşın və dövlətin uzunmüddətli və stabil təhlükəsizliyinin təminatı sayaraq hesab edir ki, ölkədə reyim dəyişikliyi zərurəti vardır. Azərbaycanda avtoritar sülalə rejimi demokratiya ilə əvəz olunmalıdır. Hakimiyyət xalqa qaytarılmalıdır. Bu hakimiyyətin bütün qollarının azad ədalətli seçkilərlə formalaşdırılması yolu ilə mümkündür. Mitinq iştirakçıları ölkənin tanınmış ziyalılarına, azərbaycan gənclərinə. tələblərə müraciət edərək bütün

mütərəqqi qüvvələri birləşməyə, demokratiya uğrunda dinc, sivil mübarizəyə qoşulmağa çağırır.

Mitinq iştirakçılar qeyd edir ki, Azərbaycan iqtidarı dünyada və ölkədə baş verən proseslərdən nəticə çıxarmaq qabiliyyətində deyildir. Dövrün çağırışlarına, cəmiyyətin tələblərinə cavab tapmaq, problemləri əsaslı şəkildə həll etmək əvəzinə hədə qorxu bəyanatlarına, müxalifət liderlərinə, gənclik hərəkatı fəallarına qarşı təhqir kompaniyalarına rəvac verilib. Mitinq iştirakçıları belə halları hiddətlə pisləyir, bu mədəniyyətsiz və ləyaqətsiz hərəkətlərə son qoyulmasını tələb edir.

Mitinq iştirakçıları İctimai Palatanın irəli sürdüyü köklü siyai, iqtisadi, sosial islahatlar kursunu dəstəkləyir. 2010- cu il parlament seçkilərinin saxtalaşdırılmasına qarşı və Demokratiya uğrunda vətəndaş hərəkatı kimi meydana gəldiyi gündən başlayaraq İctimai palata ölkədə islahatlar yolu ilə rejim dəyişikliyinə başlamaq hədəfini elan etmiş, bu istiqamətdə ilkin addım olaraq parlament seçkilərinin yenidən keçirilməsini tələb etmiş, əks təqdirdə inqilabi sarsıntıların labüd olduğunu bildirmişdi. Şimali Afrika və Yaxın Şərqdə demokratik inqilabi hadisələr baş verdikdən sonra da İctimai Palata köklü islahat tələblərini genişləndirdi və kütləvi aksiyalara başlayacağını bəyan etdi. İctimai Palatanın 28 yanvar və 26 fevral 2011- ci il tarixli sessiyalarında konkret təkliflər paketləri açıqlanmışdır. Mitinq iştirakçıları təəssüflə qeyd edir ki, Azərbaycan hakimiyyəti bu təklifləri diqqətə alıb hər hansı münasibət belə bildirmədi. Mitinq iştirakçıları İctimai palatanın 26 fevral tarixli Bəyanatındakı tələbləri müdafiə etdiklərini, bundan sonra həmin tələblərin mitinqin tələbləri olduğunu bildirərək qərara alır.

1. Ölkədə real siyasi, sosial, iqtisadi islahatlar aparılsın. İslahatların həyata keçirilməsinin təminatı kimi növbədənkənar parlament seçkiləri keçirilsin. Yeni Konstitusiya hazırlansın və proporsional seçki sisteminin bərpa olunsun, hakimiyyət qollarının müstəqilliyi təmin edilsin. Əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlər ləğv edilsin.

2.Korrupsiyaya son qoyulsun. Korrupsiyaya qarşı mübarizənin təminatı kimi Nazirlər Kabineti istefaya göndərilsin, nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin mal varlığı və korrupsiya fəaliyyətlərində iştirakı məsələləri şəffaf şəkildə təhqiq edilsin. Bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmaları qadağan edilsin. Haqsız rəqabət, idxalatda və ixracatda, iqtisadi fəaliyyətin digər sahələrində qeyri qanuni monopoliyalar aradan qaldırılsın.

3.Sosial ədalət təmin edilsin. Neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılsın. Bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədləri iki dəfə artırılsın. Kredit borcları və digər borcların ödənməsi möhlətləri artırılsın. Təbii inhisarda olan xidmətlərin 2011- ci il ərzində qiymətinin artırılmayacağına təminat verilsin.

4.Siyasi və vicdan məhbuslar azad edilsin.

5. Mitinq və hərəkat iştirakçılarından tələb edilsin ki, hər hansı vəziyyətdən asılı olmayaraq mübarizənin dinc şəkildə aparılmasına qeyd- şərtsiz əməl edilsin. Rəsmi qurumlar, təhrikçilər və təxribatçılar zor işlətsə belə qarşılığında zora yol verilməsin”.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər.

Avropa Məhkəməsi Rassemblement Yurassien və Unite Jurassienne İsveçrəyə qarşı işində 11-ci maddə “həm açıq, həm də qapalı yerdə keçirilə mitinqləri” müdafiə edir.

G.Almaniyaya qarşı və bir sıra başqa işlərində isə məhkəmə vurğuladı ki, Konvensiyanın 11-ci maddəsinin anlamında yığıncaq deyildikdə yalnız “dinc toplantılar ehtiva olunur”.

İP-nin 02 aprel 2011-ci il tarixə planlaşdırdığı mitinq bəyan edildiyi kimi zorakılıq niyyəti ilə keçirilmədiyindən və dinc məqsəd daşıdığından Konvensiyanın 11-ci maddəsinin təsiri altına düşmüşdür.

İP-nin 2 aprel mitinqi ilə bağlı müraciəti Musavat partiyasından başqan müavini Tofiq Yaqublu, AXCP-dən sədr müavini Fuad Qəhrəmanlı, KXCP-dən sədr müavini Fikrət Cəfərov, AMİP-dən təblğa katibi Əli Orucov imzalayaraq Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmiş, lakin müraciət qəbul edilmədiyindən 18 mart 2011-ci il tarixdə müraciət poçt vasitəsi ilə həmin orqana göndərilmişdir. Həmin müraciətdə İctimai palatanın 02 aprel 2011-ci il tarixdə saat 14.00-dan 16.00-dək Bakı şəhərinin “Nəriman Nərimanov” metrostansiyasının qarşısındakı meydanda mitinq keçirilməsini planlaşdırdıqları barədə xəbərdarlıq edilmişdir.

Bakı şəhər İcra Hakimiyyətinin 31 mart 2011-ci il tarixli məktubu ilə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 12-ci maddəsinin 8-ci hissəsinə uyğun olaraq toplantının təhlükəsizliyini təmin etmək dövlət vəzifəsi olduğu, “Nəriman Nərimanov” adına kinoteatrın qarşısındakı sahə nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan həmin ərazidə mitinqdə iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətlərin və nəqliyyat vasitələrinin iş ahəngini təmin edilməsində yaranacaq problemlər nəzərə alınaraq, mitinqin təhlükəsizliyinə təminat verilməməsi göstərilmişdir.

Eləcə də, həmin məlumatda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müddəalarına riayyət olunmaqla 02 aprel 2011-ci il tarixdə saat 14.00-dan saat 16.00-dək aksiyanın Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsi, Sürücülük meydançasında keçirilməsi təklif olunmuş və həmin Qanuna əsasən ayrı-seçiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayət olunan, milli, irqi, dini ədavəti təbliğ edən və təhqir edici şüarlardan istifadə olunmaba ciddi nəzarətolunması, həmin qanunun 5-ci maddəsinə müvafiq olaraq Bakı Şəhər İcra hakimiyyətinə yazılı məlumatın təqdim olunması bildirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin II bəndi və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsi toplantının keçirilməsi barədə xəbərdarlıq edilməsi prosedur qaydası nəzərdə tutur.

Qeyd olunan qanunun 5-ci maddəsinin I bəndinə görə bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 gün əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 gündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.

Avropa Məhkəməsi toplantı keçirməzdən dövlət strukturlarına müraciətin iki formasını fərqləndirir. 1-ci formaya görə toplantı təşkil edənlə müvafiqə dövlət orqanına bu barədə bildiriş (və ya xəbərdarlıq) verməlidirlər. 2-ci formaya görə toplantı təşkilatçıları toplantının keçirilməsinə icazə almalıdırlar.

Avropa məhkəməsi Rassemblement Yurassien və Unite Jurassienne İsveçrəyə qarşı işində qeyd etdiki, ümumiyyətlə qanunvericilikdə toplantı keçirmək üçün dövlət orqanına müraciət edilməsini nəzərdə tutulması Konvensiyanın 11-ci maddəsinə müdaxilə hesab

edilə bilməz. Çünki dövlət orqanları yığıncağın pozulmayacağına təmin etmək öhdəliyini daşıyırlar və planlaşdırılmış aksiya barədə dövlət orqanlarının məlumatlandırılması onlara imkan verər ki, aksiyanın dinc xarakterini qorumaq üçün polisin iştirakını təmin etsinlər.

Lakin əgər məsələ aksiyaya icazənin verilməməsi (Bakı ŞİH-nin 31 mart 2011-ci il tarixli məktubu) anlamına gəlirsə, o zaman dövlət orqanının icazə verməməsi anlamına gəlirsə, o zaman hesab edirik ki, bu məsələ müdaxilə kimi qəbul edilməli və Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndi baxımından nəzərdə keçirilməlidir.

Bakı ŞİH-nin mövqeyinin qanunda nəzərdə tutulanlığı:

Sərbəst toplaşmaq azadlığı haqqında qanunun 5-ci maddəsinin I bəndinə görə bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 gün əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 gündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.

Həmin Qanunun 7-ci maddəsinə əsasən

I. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

II. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır.

III. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır.

IV. Sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin I hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.

Həmin Qanunun 9-cu maddəsinə əsasən

I. Dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur.

II. Əgər toplantı təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir toplantı təyin edilibsə və əks-toplantının keçirilməsinin tərəflər arasında qarşıdurma törədəcəyi barədə kifayət qədər əsaslar varsa, müvafiq icra hakimiyyəti orqanı əks-toplantının təşkilatçılarına başqa vaxtın və yerin müəyyən edilməsini təklif etməlidir. Dəyişdirilmiş vaxt və yer haqqında yazılı xəbərdarlıq tədbirlərin yeni tarixinə azı 3 gün qalmış müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Əks-toplantı keçirildiyi halda polis orqanları toplantı və əks-toplantı iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görməlidir.

III. Aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər:

1) Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikasının Prezident Sarayının, Azərbaycan Respublikası Prezidentinin iqamətgahının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, siyahısı

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində;

2) körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında; 3) xüsusi dövlət tədbirlərinin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanıtərəfindən ayrılmış yerlərdə;

4) hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə;

5) penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə.

IV. Siyasi məzmunlu toplantıların ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilməsi məhdudlaşdırıla bilər.

V. Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.

VI. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunan yerlərin siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün təklif olunan yerlərin birini seçə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunmuş yerlərin siyahısını müraciətlər əsasında dəyişdirə bilər.

VII. Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq toplantının vaxtı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla bilər.

Qanundan göründüyü kimi Azərbaycan Qanunvericiliyindən kütləvi aksiyaların keçirilməsi üçün icazə deyil, bildiriş (xəbardarlıq) mexanizmi nəzərdə tutulmuşdur.

Buna baxmayaraq son altı ildə ölkəmizdə yaranan prktikada qanunda nəzərdə tutulmayan icazə mexanizmi tətbiq olunur. Bu qanundan kənar praktika siyasi və dövlət hakimiyyətinin təmsil edən şəxslərin açıq etiraflarında da görünür.

Sübut kimi, YAP-ın icraçı katibi Əli Əhmədovun martın 14-də ATƏT sədri, Litvanın Xarici İşlər Naziri Audroniyus Ajubalislə keçirilən görüşdə “İcazə almadan bu və ya digər yerlərdə keçirilən aksiyaların qarşısı qanunauyğun şəkildə alınacaq. Etiraz aksiyası keçirmək üçün hər şeydən əvvəl Azərbaycan qanunlarına uyğun icazə alınmalıdır”.

Eyni ilə Azərbaycan Respublikası DİN-nin sözçüsu 15 mart 2011 və 31 mart 2011-ci ildə mətbuata açıqlamalarında icazəsiz aksiyadan danışması buna sübut kimi qəbul olunmalıdır.

Həmçinin mitinq dövründə Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubovun və Prezident adminstasiyasının ictimai siyası məsələlər şöbəsinin midiri Əli Həsənovun açıqlamalarında icazə alınması praktikası vurğulanmışdır.

Bu praktikadan istifadə olunaraq son 6 ildə müxalifətin aksiyalarına icazə verilmir.

Avropa Məhkəməsi qanunla nəzərdə tutulmayan praktikalar qanunun keyfiəyyətinə xələl gətirir, onların öncəgörülməsi mümkün deyildir.

Sərbəst toplaşmaq haqqında qanunun 5-ci maddəsi aksiya barədə əvvəlcədən xəbərdarlıq edilmənin məqsədlərini açıqlayır.

Belə ki, hər hansı toplantı ilə bağlı “müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə”, küçə yürüşünün isə “marşrutunun razılaşdırılması üçün” aksiyadan, azı 5 gün qabaq xəbərdarlıq edilməlidir.

Bundan əlavə həmin qanunun 9-cu maddəsində isə toplantının yerinin və vaxtının dəyişdirilməsinin üçün məhdud saydı iki əsas nəzərdə tutulmuşdur.

Bunlar 1) “təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir toplantı təyin edilibsə” və 2) “əks-toplantının keçirilməsinin tərəflər arasında qarşıdurma törədəcəyi barədə kifayət qədər əsaslar varsa”

Bunlarda ikinci əsas da əks toplantı iştirakçıları üçün aksiyanın yerinin və vaxtının dəyişdirilməsini nəzərdə tutur.

Qanundan görünür ki, müəyyən ərazidə mitinqin keçirilməsi barədə xəbərdarlıq bir mənalı olaraq ona görə edilir ki, həmin mitinqin təhlükəsizliyi təmin edilsin və aksiyanı yerini dəyişdirmək yalnız həmin ərazi də başqa aksiyanın keçirilməsi nəzərdə tutulduğu halda həyat keçirilir.

Bu baxımdan Bakı şəhər İcra Hakimiyyətinin İP-nin 02 aprel 2011-ci il tarixdə təyin edilmiş mitinqin yerini dəyişdirmək barədə qəbul etdiyi qərarını həmin aksiyanın təhlükəsizliyini təmin etməyin mümkün olmaması ilə, həmin ərazinin vətəndaşların və nəqliyyatın intensiv hərəkət yeri olması ilə izah etməsi qanunda nəzərdə tutulmayan məqsəd və əsaslar olmuşdur və həmin toplantını təşkil edən və həmin toplantıda iştirak edən və etmək istəyən şəxslərin sərbəst toplaşmaq azadlığına qanuna zidd müdaxilə olmuşdur.

Müdaxilənin Konvensiyanın məqsədlərinə cavab verməməsi:

Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində müdaxilənin hansı məqsədlərlə həyata keçirilməli olduğu qeyd olunmuşdur:

milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə;

iğtişaşın və cinayətin qarşısını almaq üçün;

sağlamlığın və mənəviyyatın qorunması üçün;

digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.

Göründüyü kimi Bakı şəhəri bir tərəfli qaydada təhlükəsizliyə təminat verməklə sərbəst toplaşmaq azadlığa müdaxilə elərkən dolayısı ilə bunu ictimai təhlükəsizlik baxımına istinad etmişdir. Biz də bunu qəbul edirik.

Müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi:

Avropa məhkəməsi dəfələrlə özünün president hüququnda demokratik cəmiyyətdə zəruri ifadəsini şərh edərkən iki şərti nəzərdə tutmuşdur:

1) müdaxilə üçün təxirəsalınmaz ictimai tələbatı mövcud olması; (Nəndisayd Birləşmiş Krallığa qarşı)

2) müdaxilənin qarşıya qoyulan legitim məqsədə mütənasib olmasıdır. (Yanq, Ceyms və Vebster Birləşmiş Krallığa qarşı)

Bu şərtlər prizmasından baxdıqda Bakı şəhər İcra hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq azadlığana müdaxilə qərarı bu şərtlərin heç birinə cavab verən və demokratik cəmiyyətdə zəruri hesab edilən hesab oluna bilməz.

Belə ki,

-Bakı şəhərində, dəfələrlə hakimiyyət tərəfindən təşkil edilən kütləvi tədbirlər keçirilir ki, bu tədbirlər zamanı nəqliyyatın və vətəndaşların hərəkəti məhdudlaşdırılır. Bun misal olaraq hər il 10 mayda keçirilən şəhərin Mərkəz küçələri olan Fizuli, Rəşid Behbudov, Səməd Vurğun küçələrinin nəqliyyata bağlanması bütün gün ərzində bağlanması ilə nəticələnir. İldə bir neçə dəfə şəhidlər və fəxri xiyabanları kütləvi ziyarətlə keçən və Parlament və Hüseyn Cavid küçələrinin bağlanması ilə nəticələnən günlər olur. Bakı şəhərində kütləvi aparılan yol və sairə inşaat işləri ilə əlaqədar mütəmadi və günlərlə yolların nəqliyyata bağlanması baş verir. Prezident və yüksək rütbəli məmurların hərəkəti zamanı, avtomaşınların tıxacları ilə bağlı yolların bir saata yaxın bağlanması baş verir. Təhlükəsizliyə cavabdeh dövlət orqanları həmin hadisələr zamanı özünün vəzifələrini müvəffəqiyyətli yerinə yetirə bilirlər.

Bundan əlavə həm siyasi, həm dövlət orqanları dəfələrlə bəyanat veriblər, müxalifət partiyalarının xalq dəstəyi yoxdur. Onun xırda bir qrupdan ibarətdir. Hətta 02 aprel mitinqi ilə bağlı bildiriblər ki, mitinqdə 300-400 adam iştirak etmişdir. Nəzərə alsaq ki, dövlət tərəfindən mitinqə cəlb olunan Polis idarəsinin İctimai təhlükəsizliyə cavabdeh məmurlar, Post Patrul xidmətinin əməkdaşları və Çevik Polis Alayının əməkdaşları olmuş, bu qədər qüvvə ilə mitinqin təhlükəsizliyini təmin edilməsinin mümkünsüzlüyü inandırıcı görünmür və mütənnasib sayıla bilməz.

Digər tərəfdən müxalifətə təklif edilən yerin şəhərin ucqar yerində yerləşməsi əhaliyə önəmli mesaj verilməsini qarşsına məqsəd qoyan müxalifətin məqsədinin heçə endirilməsinə bərabər olduğu üçün də mütənnasib sayıla bilməz. Kütləvi aksiyaların məhz insanlara messajlar verilməsi baxımdan insanlar hərəkət və olan yerlərdə keçirilməsi onun demokratik cəmiyyədəki önəminin mənasıdır.

Rassemblement Jurassien və Unite Jurassienne İsveçrəya qarşı işində məhkəmə vurğalıdı ki, yığıncaqlar azadlığı plüralist demokratiya üçün önəmli olan siyasi azadlıqdır. Yığıncaq azadlığının zəruriliyi, həmçinin Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq təşkilatı tərəfindən vurğulanmışdır.

Belə önəmli azadlığa mətənasib olmayan və heç bir halda təxirəsalınmaz hesab oluna bilməyəcək üsulla müdaxilə olunmaz demokratik cəmiyyət zəruri sayıla bilməz.

Bundan əlavə Polisin müdaxiləsi və cinayət məsuliyyətinə cəlb etmədə Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş hüquqlara müdaxilə kimi qəbul edilməlidi.

G. Almaniyaya qarşı işində qeyd olunur ki, hər hansı aksiyanın qanunsuz olması faktı onu Konvensiyanın 11-ci maddəsinin müdafiəsindən məhrum etmir.

“Xristian İrqçiliyə və faşizmə qarşı Təşkilatı” Böyük krallığına qarşı işində qeyd edir ki, aksiya zamanı zorakıllıq olması hələ aksiyaya müdaxilə edilməsini zəruri etmir belə zərurət qanunla əsaslandırılmalıdır.

Ezelin Fransaya qarşı və Osmani və başqaları Makedoniyaya qarşı işlərdə isə aksiyada iştiraka görə cəzalandırmanı Konvensiyanın pozulması hesab olunmuşdur.

Göstərilənlərə əsasən xahiş edirəm Məcidli Elnur Arzuman oğlu barəsində əməlində cinayət tərkibi olmadığı və cinayət hadisəsinə aidiyyəti olmadığına bəraət hökmü çıxarılmalıdır.

Bakı şəhər İcra hakimiyyəti başçısı Hacıbala Abutalıbov, Bakı ŞBPİ-nin rəisi Rafiq Abbasov və Bakı ŞBPİ-nin rəis müavini Səhləb Bağırov barəsində xüsusi qərar çıxarasınız.