«Kurtlar Vadisi»ndən oğurluq olub

“Kurtlar Vadisi Pusu”nun çəkiliş qrupu oğurluq şoku yaşayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, oğurluq faktı serialın Istanbuldakı “Şahzadə parkı”nda aparılan çəkilişləri zamanı baş verib. Oğurlanan isə serialın yaradıcı heyətinə məxsus avtomobildəki bel çantası olub. Oğurlanan əşyalar sırasında iki ədəd harddisk, bir ədəd kamera və çəkiliş zamanı istifadə olunan digər texniki vasitələr olub.

Çəkiliş qrupu oğurluq barədə xəbər tutan kimi bu haqda hüquq-mühafizə orqanlarına məlumat verib. Dərhal hadisə yerinə gələn polislər ərazidə araşdırmalara başlayıblar. Çox keçməyib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs oğurlanan əşyalarla birlikdə ələ keçib.