Əli Kərimli güneyli partiya fəalı ilə görüşüb

AXCP sədri Əli Kərimli ötən gün Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilginlə görüşüb. AXCP mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı Güney Azərbaycanda gedən son proseslər müzakirə olunub.

GADP yetkilisi Təbriz və başqa şəhərlərdəki milli hərəkat, fəalların həbsi barədə bilgilərini paylaşıb. Görüşdə Azərbaycan diasporunun fəaliyyəti, Güney Azərbaycanla Şimal arasında informasiya mübadiləsi barədə də söhbətlər aparılıb.