Mustafayevin hansı «keyfiyyətlərinə» görə nazir olduğu Enn Dersinin məktubunda
Gəncənin dəhşətli durumu amerikalı diplomatın təqdimatında
Dünyanın müxtəlif ölkələrində çalışan amerikalı diplomatların Vaşinqtonda ünvanladığı məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı gizli sənədlərin dərcini davam etdiririk.
Şahin Mustafayev nədən narahat olub?
ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersinin 2009-cu il aprelin 15-də “mərkəz”ə göndərdiyi məxfi teleqramında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşünün detalları əks olunub. Amerikalı diplomat gizli məktubunda yazır ki, yeni təyin olunmuş iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşü zamanı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsi, hökumətin bu istiqamətdə atdığı addımlar, ölkənin iqtisadi-biznes mühiti və s. məqamlar ətrafında fikir mübadiləsi aparılıb. Mustafayev ölkədəki iqtisadi durumun yaxşılaşdırılması və biznes işinin təkmilləşdirilməsi istiqamətində hökumətin gördüyü işlər barədə səfirə məlumat verib. Nazir 907-ci düzəlişin qüvvədə qalmasından ciddi narahatlıq keçirdiyini də amerikalı diplomatın diqqətinə çatdırıb. Səfir öz növbəsində bildirib ki, ABŞ hökuməti Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləyir və hökumətin bu istiqamətdə atdığı addımların davamlı olmasını istəyir.
Yeni nazirin sələfindən “fərqi”
Enn Dersinin Vaşinqtona göndərdiyi teleqramın şərh bölməsində yeni nazir Şahin Mustafayev barəsində səfirliyə daxil olan məlumatlar və onun xarakteristikası öz əksini tapıb. Amerikalı diplomat qeyd edir ki, 2008-ci ilin noyabrından iqtisadi inkişaf naziri postunu tutan Şahin Mustafayev peşəkar bürökrat və texnokrat təəssüratı yaradıb. Mustafayevdən öncə nazir olan Heydər Babayev isə daha hərəkətli və islahatlara meylli idi. Səfirə verilən məlumata görə, Mustafayev rahat nəzarət altında saxlanması mümkün olan məmur olduğu üçün bu posta təyin edilib. Çünki Mustafayev qərar qəbul etmək iqtidarında deyil və onun işi, əsasən, statistik məlumatların hazırlanmasından ibarətdir.
Mustafayev kimin adamıdır?
Enn Dersi daha sonra Şahin Mustafayevin hakimiyyətdaxili qruplaşmalardan hansına daxil olduğunu da yazıb: “Cəmiyyətdə dolaşan iddialara görə, Mustafayev ölkənin əsas siyasi-iqtisadi güclərindən biri sayılan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamıdır. Mustafayevin nazir təyin edilməsindən sonra nazirliyin işində ”iflic” hallarının baş verdiyi də söylənilir. Lakin Mustafayev ölkədə iqtisadi islahatların sürətləndirilməsinə çalışdığını dəfələrlə səfirin diqqətinə çatdırıb. Onun səmimi olub-olmadığı yaxın zamanlarda görəcəyi işlərdən bəlli olacaq”.
Ölkənin ikinci paytaxtında korrupsiya və manqurtlaşdırma siyasəti
“WikiLeaks” saytının açıqladığı başqa bir məxfi sənədin də müəllifi Enn Dersidir. ABŞ-ın ölkəmizdəki keçmiş səfirinin 2009-cu il iyulun 1-də qələmə aldığı gizli teleqramda Gəncənin iqtisadi-siyasi, sosial-mədəni durumu barədə hesabat xarakterli qeydləri yer alır. Enn Dersi yazır ki, Azərbaycanın tarixi paytaxtı və ikinci ən böyük şəhəri olan Gəncədə iqtisadiyyatın çöküşü Sovet Ittifaqının son illərinə təsadüf edir. Bölgədə korrupsiyanın səviyyəsi və aparılan “manqurtlaşdırma” siyasəti vəziyyəti daha da ağırlaşdırır. Gəncənin mühüm şəhər olmasına baxmayaraq, paytaxt Bakı ilə ölkənin ikinci ən böyük şəhəri arasında normal avtomobil yolu yoxdur.
Gəncənin 70 faizi işsizdir
Gəncənin sosial-iqtisadi problemlərinə toxunan Enn Dersi yazır ki, səfirlik əməkdaşlarının apardığı araşdırmalardan sonra Gəncənin əsas probleminin iqtisadi-sosial çətinliklərlə bağlı olduğu müəyyənləşib: “Müstəqillikdən sonra şəhərdə fəaliyyət göstərən avtomobil və alüminium zavodu işini dayandırıb. Gəncədə işsizlik böhran həddinə çatıb. Əhalinin 70 faizi işsizlikdən əziyyət çəkir. Şəhər sakinlərinin sözlərinə görə, Gəncə əhalisinin əksəriyyəti gündəlik dolanışıq üçün qazanc əldə etmək məqsədilə paytaxt Bakıya və Rusiya Federasiyasına üz tutub”.
Bütün ölkədə yayılan korrupsiya Gəncədə də tüğyan edir
Amerikalı diplomat daha sonra yazır ki, Azərbaycanın digər bölgələrində olduğu kimi, Gəncə şəhərində də korrupsiya ən ciddi problem olaraq qalır: “Bölgədə fəaliyyət göstərən hüquq-müdafiəçisi Sevinc Məmmədovanın səfirlik əməkdaşlarına söylədiyinə görə, Gəncədə korrupsiyanın səviyyəsi hər ötən gün daha da artır. Məmmədovanın rəhbərlik etdiyi QHT-yə korrupsiya hallarıyla üzləşən vətəndaşların müraciətlərinin sayında da artım müşahidə olunub. Korrupsiya hallarının geniş yayıldığı sahələrdən biri də məhkəmə sistemidir. Vətəndaşlar məhkəmə sistemində daha çox korrupsiya halları ilə üzləşdiyini bildirib. Səhiyyə sistemində də korrupsiya hallarının olmasıyla bağlı çoxlu sayda şikayətlər Məmmədovanın rəhbərlik etdiyi quruma daxil olub”.
Bir müstəqil qəzet, zəif internet və çayxanada oturmaq qadağası
Söz azadlığının durumuna gəlincə, Enn Dersi qeyd edir ki, Gəncədə fəaliyyət göstərən yeganə müstəqil qəzet “Gəncəbasar”dır. Bölgədə internet olsa da, sürəti çox zəifdir. Gəncədə çalışan hüquq müdafiəçilərinin sözlərinə görə, ölkənin ikinci böyük şəhərində demokratiya, insan haqları və söz azadlığının durumu pisdir. Bölgədə müxalifət partiyalarının sərbəst fəaliyyətinə imkan verilmir. 4-5 nəfərdən artıq şəxsin çayxanada birlikdə çay içməsinə icazə verilmir.
YAP təmsilçisi diplomatlarla görüşdən qaçıb
“Səfirlik əməkdaşları hakim partiyanın bölgədə fəaliyyət göstərən şöbəsinin təmsilçilərilə görüşmək istəyini bildirəndə yerli rəsmilərin mütəmadi zənglərindən sonra partiya nümayəndələri diplomatlarla görüşdən imtina ediblər. Diplomatların AXCP və Müsavat partiyalarının təmsilçilərilə görüşü baş tutub. Müxalifət nümayəndələri Gəncədə hər hansı siyasi fəaliyyətin mümkünsüz olduğunu diplomatlara bildiriblər”, – deyə Dersinin məxfi teleqramında yazılıb.
Gəncə – problemlərlə zəngin “mikrodünya”
ABŞ-ın ölkəmizdəki keçmiş səfirinin yazdığı məktubun şərh bölməsində deyilir ki, Gəncə çoxsaylı problemlərlə zəngin mikrodünyanı xatırladır. Bu problemlərlə yanaşı, yerli hakimiyyətin yürütdüyü avtoritar idarəçilik sistemi bölgədə vəziyyəti daha da pisləşdirir. “Manqurtlaşdırma” siyasəti ölkənin ikinci ən böyük şəhərindəki ictimai-siyasi, sosial-iqtisadi durumu daha da ağırlaşdırır.
Siyasət şöbəsi
Wiki-Arxiv:
ABŞ Əliyevlərin İranla işbirliyinin izinə düşüb
İlham Əliyev Rusiyaya təcavüzkar deyib
Heydərov Koreya şirkətini ölkədən necə qovub?
Ekologiya nazirinin ABŞ diplomatlarına açdığı sirr
“WikiLeaks”də Naxçıvan dəhşətləri
Samir Şərifovun ABŞ diplomatına korrupsiya etirafı
Elnur Aslanovu “nurçu”larla nə bağlayır?
“WikiLeaks” Cəlal Əliyevi ifşa etdi
İran-Ermənistan münasibətləri “WikiLeaks”də
Hakimiyyətdaxili savaş səfirin məxfi məktubunda
Bakıdakı “məmur toyxanası”nda insan alveri
“Qaçqınkom” sədri hakimiyyəti ifşa edib
Əliyev Saakaşvilidən niyə gileylənib?
Rail Rzayevin qətli barədə Vaşinqtona hansı məlumat verilib?
Gömrük şefi Əliyev komandasını satıb
Partiya sədrinin adı nazirin “maaş cədvəli”ndə
“Barmek”in cəzalandırılma səbəbi “WikiLeaks”də
İlham Əliyev ABŞ-a Fərhad Əliyev haqda nə deyib?
Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb
Əliyev Türkiyəyə yalançı və satqın deyib
İqtidardaxili savaşın şok detalları
XİN əməkdaşları İlham Əliyevi satıb
Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib
“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”
Əliyev Kramerlə nəyə görə savaşıb?
Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb
Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib
«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar
Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?
İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib
“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər
İlham Əliyevin sərvəti kimin adınadır?