Venesiya Komissiyası Bakının mərkəzində mitinqlərin qadağan edilməsini təqdir etmir
Bir neçə ilə əvvəl Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın sərbəst toplaşma hüququ barədə qanunu üzrə rəy verib. Bu sənədin kağız üzərindəki mətni Avropa standartlarına cavab verir. Venesiya Komissiyasının katibinin müavini Simona Qranata-Mengini hakimiyyətin Bakı hüdudlarında mitinqlər keçirilməsinə yasağın VK-nın təsdiqlədiyi qanunda göstərilməsi barədə mövqeyini “Turan”a şərh edərkən bildirib.
“Bu qanun iqtidara mitinqləri qadağan etmək hüququ vermir”, – deyə VK təmsilçisi bildirib. “Bizim rəydə deyilir ki, hakimiyyətin qanunu icra tərzi çox vacibdir. Təəssüf ki, iqtidar bu qanuna əməl etmir və biz bu barədə hər zaman deyirik”, – deyə Qranata-Mengini vurğulayıb.
Onun fikrincə, qanun AŞ-nin demokratik standartları ruhunda tətbiq edilməlidir.
Azərbaycanda xarici QHT-lərin fəaliyyətinə məhdudiyyət qoyulması məsələsini şərh edən katib müavini məlumat verib ki, oktyabrın 14-15-də Venesiya Komissiyasının sessiyasında Azərbaycanın QHT-lər haqqında qanunu müzakirə ediləcək. Bununla bağlı o, öz şəxsi fikrini ifadə edib.