Əlixan Məlikovu həbs etməklə hədələyiblər

«Azəriqaz»ın sabiq rəhbərinə Əli Insanovun aqibətini nümunə çəkiblər

ş adamı Nurəddin Zülfüqarlının “Azadlıq”a silsilə müsahibələrində maraqlı məqamlardan biri də “Azəriqaz”ın sabiq rəhbəri Əlixan Məlikovla bağlıdır. Iş adamı bildirib ki, Əlixan Məlikov onlarla ortaq olub. Lakin onlara təzyiq başlayanda “Azəriqaz”ın sabiq rəhbəri telefon açaraq payından imtina etmək məcburiyyətində qaldığını deyib:
“Əlixan Məlikov telefon açıb dedi ki, onun payını əlindən alırlar, gücü də çatmır, ona görə verməyə məcburdur. Biz ona ortaq olduğumuzu bildirəndə, o, Əli Insanovun yanına getmək istəmədiyini söylədi. Belə olanda bildirdik ki, artıq özün bilərsən, qərar sənindir, amma biz hissəmizi vermək istəmirik. Ondan aldılar, bizimlə alınmayanda bir rəqəm təklif etdilər və bildirdilər ki, alırsınızsa, alın, əks təqdirdə zora keçəcəklər”.
Əldə etdiyimiz məlumatlara görə, Əlixan Məlikovun Əli Insanovun yanına getmək istəmədiyini söyləməsi təsadüfi deyil. “Azəriqaz”ın sabiq rəhbərinə məhz bu şəkildə təzyiq edilib. Ona bildirilib ki, əgər payından imtina etməsə, Əli Insanovun taleyini yaşayacaq. Əlixan Məlikov da həbs ediləcəyindən və digər əmlaklarını itirəcəyindən ehtiyat edərək payından imtina etmək qərarına gəlib.

Informasiya şöbəsi