Suriyada növbəti qanlı cümə

Əsəd rejimi yenə də xalqı güllə-boran etdi; suriyalı müxaliflər yəmənli nümayişçilərə dəstək verdi

Suriyada Əsəd rejiminə qarşı etirazlar davam edir. Ötən gün ölkənin müxtəlif yerlərində cümə namazından sonra meydanlara axışan yüz minlərlər suriyalı Bəşər Əsədin istefası tələbiylə mitinqlər keçirib. Müxalifət fəalllarının xarici xəbər agentliklərinə verdiyi məlumata görə, başda paytaxt Dəməşq olmaqla Dəra, Həma, Hums, İdlib, Qamışlı, Əlbukəmla şəhərlərində anthökmət aksiyası baş tutub. Hökumət qüvvələrinin etiraz aksiyalarına sərt müdaxiləs nəticəsində çoxu Həma şəhərində olmaqla 10-dan çox nümayişçi həlak olub.

Bundan başqa yerli fəallar Dəməşqin Cdeyda Artuz, Kudsaya və Müaddəmiyyə məhəllələrində çoxlu sayda etirazçının həbs edildiyini açıqlayıb. Onların sözlərinə görə, təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində xeyli sayda nümayişmi yaralanıb. Müxaliflər ötəngünkü ənənəvi cümə etirazına “Yəmən və Dəməşqin zəfəri cüməsi” adını veriblər. Etirazçılar Yəmənli nümayişçilərə dəstək xarakterli şüarlar sələndirib.