Yəmən rəhbəri əsas rəqiblərinin yüksək vəzifə tutmayacağı təqdirdə hakimiyyətdən gedəcəyini söylədi
Yəmən rəhbəri Əli Abdulla Saleh “The Washington Post” qəzetinə önəmli açıqlamalar verib. Saleh yalnız müəyyən rəqiblərinin yüksək vəzifələrə gəlməməsi şərtinin qəbul ediləcəyi təqdirdə hakimiyyətən getməyə hazır olduğunu söyləyib. Yəmən rəhbərinin sözlərinə görə, iqtidarı rəqiblərinə təhvil verməsi hakimiyyətin zorla dəyişdirilməsinə çalışan qüvvələrə boyun əymək anlamı daşıyır.
Saleh milyarder qəbilələr ilə iqtidar ehtirası güclü olan əsgərlərin gənclərdən istifadə edərək hakimiyyətə qarşı döndərdiklərini bildirib. Ölkə başçısı müxalifətin Kərfəz Ölkələri Əməkdaşlıq Şurasının hazırladığı “yol xəritəsi”ni rədd etdiyini açıqlayıb. Saleh müxalifətin istefa tələbinə boyun əyməyəcəyini qəbilələr və əsgərlər tərəfindən istfida olunan gənclərə sahib çıxacağını söyləyib.
Yəmən rəhbəri uğradığı sui-qəsdi təşkil edənlərin ağır cəzalandırılacağını da bildirib. Saleh özünün və hüquq-mühafizə orqanlarının hadisəylə bağlı ölkənin ən güclü qəbiləsi “Əhmar” ailəsidən və müxalif general Əli Muhsindən şübhələndiklərini də vurğulayıb. Salehin sözlərinə görə, onların günahları sübuta yetirilsə hər iki tərəfi ağır cəza gözləyir.


