Təşkilatın Ərəbitsan yarımadası üzrə lideri, dünyanın ən təhlükəli terrorçusu Ənvər əl Əvlaki öldürüldü
“Əl Qaidə” terror şəbəkəsinin lideri Üsəma ben Ladenin öldürülməsindən sonra təşkilata ən ağır zərbə vurulub. Terrorçu təşkilatın Ərəbistan yarımadası üzrə lideri Ənvər əl Əvlaki Yəməndə öldürülüb. Yəmən Müdafiə Nazirliyi yaydığı açıqlamasında Əl Əvlakinin öldürülməsi və yaxın silahdaşlarının öldürülməsi faktını təsdiqləyib.
Xatırladaq ki, Ənvər əl Əvlaki 1971-ci ildə ABŞ-da doğulub. ABŞ vətəndaşı olan Əvlaki “Colorado State University” və “San Diego University”ni bitirib. Hələ Üsamə bin Ladenin öldürülməsindən əvvəl – 2011-ci lin fevralında ABŞ Milli Antiterror Mərkəzi Əvlakini dünyanın ən təhlükəli terrorçusu elan edib. O, 2009-cu ildə ABŞ ordusunun mayoru Nidal Hasanın 13 əsgəri öldürməsi və 30 əsgəri yaralaması ilə nəticələnən olayda, eləcə də nigeriyalı Ömər Faruk Abdulmutallibin Detroyta uçan təyyarəni partlatmaq cəhdində iştirakda günahlandırılırdı.


