Qəzzafinin daha bir oğluna “qırmızı işıq”

İnterpol Səədinin “qırmızı büllleten”lə axtarışına qərar verdi; üsyançılar isə devrilmiş diktatorun doğma şəhərində üstünlüyü ələ aldı

Liviyada 42 illik Qəzzafi rejiminin devrilməsinə baxmayaraq diktatora sadiq silahlılarla üsyançılar arasında silahlı qarşıdurmalar davam edir. Qəzzafinin doğulduğu Siirt şəhərində üstünlüyü əlində saxlıyan diktatora sadiq silahlılar böyük itki verib. “Əl Cəzirə” kanalının xəbərinə görə, Milli keçid Şurasına bağlı qüvvələr şiddətli qarşıdurmlaardabn sonra Siirt şəhərinin hava limanını ələ keçirib.

Bölgədəki “Əl Cəzirə” müxbiri hava limanının strateji bir nöqtə olduğunu bildirərək müxalif qüvvələrin NATO-dan da dəstək aldığını söyləyib. Əlavə edək ki, üsyançılar Qəzzafinin doğma şəhəri Siirti iki həftədən çox idi ki, mühasirədə saxlayırdı.

Bundan başqa Beynəlxalq Polis Təşkilatı İnterpol devrilmiş diktatorun oğullarından biri Səədi Qəzzafinin həbsinə order verib. Mərkəzi Fransanın Lion şəhərində yerləşən İnterpoldan verilən məlumata görə, Liviyanın yeni hökumətinin tələbinə əsasən Səədi Qəzzafinin  həbs olunması üçün təşkilata üzv 188 ölkədə “qırmızı bülleten”lə axtarış verilib. Açıqlamada Səədinin son olaraq Niger ərazisində görüldüyünə bağlı xəbərlər də təsdiqlənib.