Ekologiya nazirinin ABŞ diplomatlarına açdığı sirr

İqtidardaxili nüfuz savaşının daha bir istiqaməti faş oldu

ABŞ səfiri hakimiyyətin tender siyasəti haqda nələr yazıb?

ABŞ diplomatlarının gizli teleqramlarını yayımlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı açıqladığı sənədlərin dərcini davam etdiririk. Azərbaycanda çalışmış amerikalı diplomatların Vaşinqtona yolladığı “məxfi” və “tam məxfi” qrifli yazışmalarında ölkəmizin daxili və xarici siyasətinin, hakimiyyət daxili çəkişmələrin və s. məsələlərin pərdəarxası məqamları öz əksini tapıb. Bundan başqa, ABŞ diplomatlarının ölkəmizlə bağlı təəssüratları da həmin məktublarda yer alıb.

Hökumətin tender siyasəti ifşa olunur

ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2008-ci il yanvarın 30-da “mərkəz”ə yazdığı məxfi teleqramda Azərbaycan hökumətinin tender siyasəti, iri layihələrin alışında dövlət rıçaqlarından istifadə olunması barədə qeydlər əksini tapır. Amerikalı diplomat Azərbaycanda tender sisteminin olmadığını yazıb: “Hökumətin fərdi və ictimai layihələrə dövlət investisiyasının qoyulmasına dair normal tender siyasəti yoxdur. Dövlət agentliyi tərəfindən keçirilən tenderler formal xarakter daşıyır. Tenderlərdə yalnız müvafiq nazirliklərin mümkün tərəfdarları, yəni nazirliklərin tələblərini yerinə yetirən şirkətlər qalib olurlar. Belə hallar isə tenderdə iştirak edən digər şirkətlərin rəqabət imkanlarını məhdudlaşdırır. Eyni zamanda korrupsiya hallarının baş verməsinə yol açır”.
Enn Dersi qeyd edir ki, tender siyasətilə bağlı islahatların keçirilməsi üçün ABŞ hökumətinə bağlı təşkilatların Azərbaycan hökumətinə verdiyi təkliflər həyata keçirilməyənə qədər belə halların təkrarlanması qaçılmazdır. “Islahatlar keçirilməyənə və hüquqi normalara riayət olunmayana qədər Azərbaycanda geniş yayılmış korrupsiya problemi qalacaq”, – deyə Dersi yazır.

Tenderlər qanunsuz və məhkəməlikdir

Amerikalı diplomat ölkəmizdə keçirilən tenderlərin müasir standartlara cavab vermədiyini, əslində cinayət əməli daşıdığını və məhkəmə predmeti olduğunu yazıb: “Beynəlxalq hüquq firmasının Bakıda fəaliyyət göstərən hüquqşünasının sözlərinə görə, Azərbaycanın tender sistemində iri yox, yalnız kiçik biznes layihələrində Qərb standartlarına riayət olunur. Hüquqşünas bildirib ki, Azərbaycanda hazırkı tender qaydaları istənilən Qərb ölkələrində qanunsuz hesab edilə, eyni zamanda məhkəmə predmeti ola bilər. Amma Azərbaycanda bu normalar ticari işin aparılmasında normal prinsiplər kimi qəbul olunur”.

Səfir həyəcan təbili çalır

Keçmiş səfir sonda yazır ki, Azərbaycanda dövlət alışı sistemi korrupsiya və siyasi gücün hiss olunduğu əsas sahələrdən biridir. Diplomat “təxirəsalınmaz islahatların” keçirilməsini qaçılmaz hesab etdiyini vurğulayıb. Onun yazdığına görə, təcili islahatlar həyata keçirilməsə Azərbaycana qoyulan investisiyaların effekti və korrupsiyanın qarşısının alınması mümkün olmayacaq.

Ilham Əliyevin problemli sərəncamı

“WikiLeaks” saytının açıqladığı digər məxfi sənədin müəllifi də Enn Dersidir. Amerikalı diplomatın 2008-ci il yanvarın 31-də yazdığı bu teleqramda ölkə başçısı Ilham Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair sərəncamına əsasən hökumətin gördüyü işlər və atacağı addımlar barədə qeydlər yer alır. Məktubda sərəncamdan irəli gələn tapşırıqların həyata keçirilməsi istiqamətində müxtəlif qurumların görəcəyi işlərlə bağlı ABŞ səfirliyi nümayəndələrinin hökumət üzvləri ilə apardığı müzakirələrdən bəhs olunur. Sənəddə qeyd olunur ki, ölkədə ekoloji problemlərin həllinə hesablanmış bu sərəncama uyğun olaraq, Azərbaycan Dövlət Neft Şirkətində yeni post yaradılıb. ARDNŞ-in yeni təsis edilən ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifəsinə Muxtar Babayev təyin olunub.
“Hökumətin qarşısına qoyduğu işlər görülməyəcəyi təqdirdə yeni təyinat, sadəcə, bürokratik dəyişikliklər olaraq qalacaq. ARDNŞ-in əlində kifayət qədər maliyyənin cəmləşməsi və təbii ehtiyatlara nəzarət etməsi ölkənin ekoloji siyasətini işləyib hazırlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkə başçısının yeni sərəncamının həyata keçirilməsində arxa planda qalmasına yol açacaq”, – deyə Dersi yazıb.

ARDNŞ-in vitse-prezidentləri arasında nüfuz savaşı

Enn Dersi ABŞ-ın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə məsul şəxslərinin ARDNŞ-ın yeni vitse-prezidenti Muxtar Babayevlə görüşünün detallarını öz məktubunda qeyd edib: “Səfirlik əməkdaşları ilə ARDNŞ-ın vitse-prezidenti Muxtar Babayevin görüşündə yeni təyinat almış Babayevin vəzifəsi, planları və görəcəyi işlər müzakirə olunub. ARDNŞ-də 15 illik marketinq təcrübəsi olan Babayev bildirib ki, onun yeni vəzifəsi hazırkı ekoloji əməliyyatları koordinasiya etmək və ölkənin ekolci siyasətinin hərtərəfli işlənib hazırlanmasından ibarətdir. ARDNŞ-in vitse-prezidenti Azərbaycanda ekologiya siyasətinin icrası üçün yeni qanunvericiliyin qəbulunun qaçılmaz olduğunu bildirib. Babayev zarafatla səfirlik əməkdaşlarına deyib ki, hazırkı vəzifəyə təyinatından sonra onunla ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə arasında ”düşmənçilik” münasibətləri yaranıb. Çünki bundan öncə şirkətin ekoloji siyasətinə nəzarət edən Yusifzadə səlahiyyətlərinin bir hissəsinin əlindən alınmasını həzm edə bilmir”.

ARDNŞ ekoloji işlərə xərclədiyi vəsaiti sirr saxlayır

Keçmiş səfir daha sonra yazır ki, səfirlik əməkdaşları ARDNŞ-in ekoloji qaydaların möhkəmləndirilməsinə xərclədiyi maliyyənin miqdarı barədə Babayevə sual verdikdə vitse-prezident konkret rəqəm söyləməkdən yayınıb. Babayev bunun əvəzində pulların necə xərclənməsiylə bağlı hansı təklifləri irəli sürdüyünü anlatmağa çalışıb.
Babayev əlavə edib ki, o, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər hökumət rəsmiləri ilə görüşərək ekoloji əməliyyatların koordinasiyası məsələsini müzakirə etmək istəyib.

Ekologiya naziri səlahiyyətsiz imiş

Dersinin məktubunda səfirlik əməkdaşlarının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşünün də detalları əksini tapıb. Amerikalı diplomat yazır ki, nazir səfirlik əməkdaşlarına ölkənin ekologiya sahəsində ciddi dəyişikliklərin həyata keçirilməsi üçün səlahiyyətlərinin olmadığını söyləyib. Nazirin sözlərinə görə, o, hökumət daxilində məhdudlaşdırılmış qaydada fəaliyyət göstərir. Nazir əsas işinin içməli su probleminin həlli və çirkli suların təmizlənməsinə dair layihələrin həyata keçirilməsindən ibarət olduğunu söyləyib.
Keçmiş səfir teleqramın şərh hissəsində vurğulayır ki, Hüseynqulu Bağırov israrla hökumət daxilində geniş səlahiyyətlər sahibi və ətraf mühitin problemlərinin həllində son qərar vermək iqtidarında olmadığını səfirlik əməkdaşlarına söyləməyə çalışırdı. Diplomat onu da əlavə edir ki, ARDNŞ-də yaradılan yeni posta təyin edilmiş Muxtar Babayevin müsbət nəticələrə sahib olacağı, yoxsa nazir Hüseynqulu Bağırov kimi neytrallaşdırılacağı hələ ki, qeyri-müəyyəndir.

Siyasət şöbəsi

Wiki-Arxiv:

“WikiLeaks”də Naxçıvan dəhşətləri

Samir Şərifovun ABŞ diplomatına korrupsiya etirafı

Elnur Aslanovu “nurçu”larla nə bağlayır?

“WikiLeaks” Cəlal Əliyevi ifşa etdi

İran-Ermənistan münasibətləri “WikiLeaks”də

Hakimiyyətdaxili savaş səfirin məxfi məktubunda

Bakıdakı “məmur toyxanası”nda insan alveri

“Qaçqınkom” sədri hakimiyyəti ifşa edib

Əliyev Saakaşvilidən niyə gileylənib?

Rail Rzayevin qətli barədə Vaşinqtona hansı məlumat verilib?

Baş nazir İrandan pul alır?

Gömrük şefi Əliyev komandasını satıb

Partiya sədrinin adı nazirin “maaş cədvəli”ndə

“Barmek”in cəzalandırılma səbəbi “WikiLeaks”də

İlham Əliyev ABŞ-a Fərhad Əliyev haqda nə deyib?

Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb

Əliyev Türkiyəyə yalançı və satqın deyib

İqtidardaxili savaşın şok detalları

XİN əməkdaşları İlham Əliyevi satıb

Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib

İsrail səfiri Əliyevi “satıb”

“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”

Əliyev Kramerlə nəyə görə savaşıb?

Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb

Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib

«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar

Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?

İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

İlham Əliyevin sərvəti kimin adınadır?

“WikiLeaks” müxalifətin də sirlərini yaydı

Əliyev İranı “vəhşi heyvan”a bənzədib