Bu gün Çempionlar Liqasında (ÇL) II turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqada inamla liderlik edən “Mançester Yunayted” Avropanın ən nüfuzlu turnirində azarkeşlərini təəccübləndirməkdə və üzməkdə davam edir. Heç-heçələri sıralayan Aleks Ferqyusonun yetirmələri bu dəfə evdə xal itirdi. Halbuki “Bazel”lə oyunun ilk artıq hissəsində, Uelbekin 2 dəqiqəyə etdiyi dublla hesabda 2:0 irəli olan ingilislərin asanlıqla qalib gələcəyi gözlənilirdi. Ancaq sən saydığını say, gör Fraylar nə sayır. Həmsoyadlar 18 dəqiqəyə vurduqları 3 qolla “Old Trafford”u şoka saldı. “Mançester Yunayted” yalnız son dəqiqədə məğlubiyyətdən qaça bildi.
Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Trabzonspor” da sonda hesabı bərabərləşdirməklə, hesabına yalnız 1 xal yaza bildi. Komanda ÇL-in qrup mərhələsində ilk ev oyununda azarkeşlərini sevindirməyərək, “İnter” üzərində səfər qələbəsinin davamını gətirmədi. Bu dəfə məğlub durumda olan debütantı rəqibin qapısına təyin edilən penalti zərbəsi xilas etdi. İstənilən halda, “Trabzonspor” qrupda liderliyini qoruya bildi və ilk qələbəsini Moskvada qazanan “İnter”i 1 xal qabaqlayır.
“Real”la “Lion” evdə gözlənilən qələbələri asanlıqla qazandı. “Benfika” isə ilk qələbəsini səfərdə qazandı. Ən maraqlı qrup olan A qrupunda “Bavariya” yüz faizli nəticə göstərən yeganə komandadır. Turun mərkəzi oyununda münhenlilər heyətini ulduz futbolçularla gücləndirən “Mançester Siti”i artıq ilk hissədə Qomesin qısa müddətdə etdiyi dublla yendi. “Vilyarreal” ardıcıl 2-ci məğlubiyyətini də 0:2 hesabı ilə aldı.
28 sentyabr
F qrupu“Marsel” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)“Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
E qrupu“Valensiya” (İspaniya) – “Çelsi” (İngiltərə)“Bayer” (Almaniya) – “Genk” (Belçika)
G qrupu“Zenit” (Rusiya) – “Porto” (Portuqaliya)“Şaxtyor” (Ukrayna) – APOEL (Kipr)
H qrupu“Milan” (İtaliya) – “Viktoriya” (Çexiya)BATE (Belarus) – “Barselona” (İspaniya)
Qeyd edək ki, Rusiyadakı oyunlar Bakı vaxtilə saat 21:00-da, qalan görüşlər ənənəvi – 23:45-də başlayacaq.