Lukaşenkonun həbsi üçün “online dosye”

Londondakı hüquq-firması Belarus prezidenti Aleksandr Lukaşenko əleyhinə işgəncə ifadələri yer alan dosyeni internetə yerləşdirib.

“McCue and Partners” firmasından Metyu Juri deyib ki, 68 səhifəlik “online dosye” QHT-lərə və hökumət rəsmilərinə Lukaşenkonu, onların ərazisinə girən kimi, insan haqları pozuntusu iddiası ilə həbs etməyə imkan verəcək.
Belarus rəhbərliyi ötən ilin dekabrındakı seçkilərdən sonra yüzlərlə adamı həbs etmişdi. Tutulanların çoxu  onlara işgəncə verildiyini iddia edir (“Azadlıq” radiosu).