Necati Şaşmaz: «İstəyirəm ailəm, uşaqlarım olsun»
“Kurtlar vadisi pusu” serialının Polad Ələmdarı, aktyor Necati Şaşmaz Türkiyənin “Hürriyət” qəzetinə müsahibə verib. Müsahibənin bəzi maraqlı məqamlarını diqqətinizə çatdırırıq.
– Serialın son bölümündə ilk dəfə olaraq bığlı-saqqalı göründünüz. Amma deyəsən dayana bilməyib kəsdiniz…
– Səkkiz ildir “Kurtlar vadisi”ndə oynayıram, heç saqqal saxlamamışdım. Üzümün dərisi hər gün təraş edilməkdən məhv olurdu. Yay tətilində üzümün biraz dincəlməsini istədim.
– Kişilər hər gün təraş olmağı sevmirlər deyəsən?
– Təbii ki, bir az bezdirici olur. Mən təraş olmağı əvvəlcədən sevirdim. Amma işin içinə məcburiyyət girdi deyə biraz bezdim. Buna görə yay tətilində saqqal saxladım.
– Ətrafınızda buna münasibət necə idi?
– Insanlar məni heç saqqalı görmədikləri üçün tanımırdılar, yanımdan keçəndə “Polada oxşayır” deyirdilər. Bax belə rahatlıqda yaşadım…
– Necati Şaşmaz olmanın sirri nədir?
– Bunun sirri ssenaridə gizlidir. Bir də daha öncə heç efirdə görünməmişdim, başqa rolda oynamamışdım. Serialın tutması və sevilməyimin ən önəmli səbəbi budur məncə.
– Doqquz il öncə işlərin belə gedəcəyini düşünürdünüzmü?
– Xeyr, serialın tutacağını bilirdim. Ortaya maraqlı bir iş qoyduğumuza inanırdım. Amma olsa-olsa bir və ya iki il ömrü olar deyə düşünürdüm. Belə fenomen olacağı ağlıma gəlməzdi.
– Bu dövrdə bəzi həssas məsələlərdən danışmaq, müzakirə etmək böyük cəsarət tətləb edir. Sizdəki bu cəsarətin qaynağı nədir?
– Türklər qəhrəman olmağı sevirlər. Biz də qəhrəmanlığın tərifini “Kurtlar Vadisi”ndə gözəl bir sözlə ifadə edirik: “Sonunu düşünən qəhrəman olmaz”. Əlbbətdə ki, mənasız cəsarətə qarşıyıq. Insan gərək ağılla, məntiqlə qəhrəman olmağı bacarsın. Ssenarini yazanlar bunun təbliğinə çox böyük önəm verirlər.
– Gündəlik həyatınızda da özünüzü qəhrəman hesab edirsinizmi?
– Təbii. Gündə 50 stəkan çay içirəm. Hamı içə bilər bu qədər? Super qəhrəmanam! (gülür)
– Bu qədər fanatınız var. Istədiyiniz kimi hərəkət edə bilirsiniz?
– Bəzən çox çətin olur. Etiraf edim ki, bacarmıram.
– Sizi yay boyunca heç dəniz kənarında görmədik. Görəsən dəniz geyimində Polat Alemdar necə görünərdi?
– Dənizə gedirəm. Çimərlik paltarında şəkillərim də var. Məsələn, Polat Ələmdar şapka, eynək taxmaz amma mən taxıram. Mən şirkətin Idarə heyətində olduğum üçün əksər hallarda rəsmi geyimdə olmağa məcburam. Bəzi adamlar elə bilir ki, mən saunaya da qalustukda girirəm.
– Serial başqa kanala keçdi. Sizcə tamaşaçıyla görüşmək daha asan olacaq?
– “Kurtlar Vadisi”nin necə öz günü, öz saatı varsa, öz izləyici kütləsi də var. Onun üçün kanal önəmli deyil. Mən heç vaxt reytinqə can atmıram. Bilirəm ki, “Kurtlar Vadisi”nin izləyicisi var.
– Polat Ələmdar həyatınızdan çıxsa necə olarsınız?
– Ondan sonra da görəcəyim çox işlər var. Buna görə xoşbəxtəm.
– “Kurtlar Vadisi” daha nə qədər davam edəcək?
– Mən bu sezon son deyə düşünürəm. Amma son kəlməsini heç dilimə gətirmək istəmirəm. Çünki həm ssenaristlər, həm fanatlarımız, həm bizlər “Kurtlar Vadisi”nin bitməsini istəmirik. Təbii ki, hər şeyin bir sonu da var.
– Komediya oynaya bilərsiniz?
– Həm də necə! Bununla bağlı bir neçə ssenari yazmışam. Çox gözəl oynayaram. Amma öncə gərək “Kurtlar vadisi”ni bitirəm.
– Ailə qurmaq, ata olmaq istərdinizmi?
– Əlbətdə, istəyirəm ailəm, uşaqlarım olsun. Gözəl taleləri olsun. Zamanı gələndə olar Inşallah (24saat.az).


